Bir qadın ana olmağa necə özünü hiss edər?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 312
Səs ver:
(səs: 2)
Gözəl bir eşqbazlıq dövrü sonrasında ciddiliyə girən əlaqənizi evlilik ilə şərəfləndiniz və inanılmaz dərəcədə xoşbəxtsiniz. Əslində hadisə heçdə insanların anladığı qədər çətin deyilmiş. İlk düşüncəniz yaxşı ki evlənmiş olduğunuz və hətta gec belə qalmış olduğunuz ola bilər. Nəysə buna kədərlənməyin, ən nəhayət evlənmisiniz. Bir qadının analığa necə hazır olduğunu yazmağa çalışaq.
Analıq hissi
Baxırsınız ətrafınıza bir çox uşaq analar günü hədiyyəsi alar. Gördükcə gözlərinizdəki xoşbəxtlik çölə vurur və "bir gün mənim də uşaqlarım mənə də hədiyyə alacaqmı?" deyə düşünürsünüzsə, işin romantik ölçüsünə çoxdan girmiş olarsınız. Yaxındır ana olmaq üçün qərar verə bilərsiniz.

 

Əlbəttə hər şey bu qədər asan və sadə olmur. Bir uşağı dünyaya gətirməkdən çox o uşağa həyatının sonuna qədər köməkçi ola biləcək yetkinliyə və səbrə sahibsinizmi bunu da düşünməniz lazımdır. Bir uşaq dərhal iki, üç yaşında olmadığından ilk doğulduğu andan iki yaşına qədər çox böyük diqqəti haqq edir. Əvvəlcə sizin bir sıra şeyləri aşmış və müəyyən bir yetkinliyə çatmış olmanız lazımdır.  Ailənizə sahib çıxıb çıxmadığınız, işiniz, yaşınız və bir çox kiçik görünən amma böyük detal.

 


Burada ən az sizin qədər payın düşdüyü adam əlbəttə ki, yoldaşınız da olacaq. Bir uşağı tək başınıza böyütməniz bu dövrdə çox asan olmayacaq. Yoldaşınız ilə bu istəyinizi sağlam bir başda danışmalısınız. Bu danışmaların nəticəsində əgər  özünüzə güvənirsinizsə, özünüzü hazır hiss edə bilərsiniz. Çünki dediyimiz kimi bir uşağı dünyaya gətirmək yalnız doqquz ay qarınınızda daşımaqla qalmır, ondan sonrakı bir neçə il də uşağınıza üstün səbir və səy ilə baxmanızı tələb edir.

 

Əgər yuxarıda izah etməyə çalışdığımız bir çox şeyi özünüzdə tapırsınızsa, əgər ailənizə yeni bir üzv qatmaq və onu sizə və ölkəsinə faydalı bir fərd olaraq yetişdirə biləcəyinizə inanırsınızsa tam zamanı! Bir şəkildə həyat sizə kömək edəcək ancaq ən başında sizin bunu çox istəməniz lazımdır.

Ümid edirik ki, ən qısa zamanda bu qərarı ən sağlam bir şəkildə verə bilər, yoldaşınız ilə birgə xoşbəxt bir ailə olmağa davam edərsiniz.

/Mənbə:Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri