Hamiləliyin qırxıncı həftəsi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 10243
Paylaş:
Səs ver:
(səs: 1)
Qadın
Körpənin dünyaya gəlməsi!

Sizin orqanizminiz bu ana çoxdan həzırlanırdı. Həmin gün gəlmişdir. Qeyd etmək lazımdır ki, bu tarix dəqiq olmaya da bilər. Əslində. yalnız 4% -ə qədər qadın dəqiq vaxtında doğur. 98%- ə qəqədər hamilələr vaxtından bir –iki həftə tez və ya gec doğurlar. Əksər hallarda bu normal hadisədir.

Yadda saxlayın ki, körpənizin bu dünyaya hansı yolla gəlməsi  o qədər də vacib deyil. Doğuş zamanı nəsə demisinizsə, onu xatırlayıb, bunun üçün utanmağa da dəyməz. Hər halda siz qəhrəmanlığa bərabər möhtəşəm bir iş görmüsünüz.

Yeni doğulmuş körpə
Yəqin ki, sizin körpəniz dünyaya başıyuxarı gəlmiş 96% -in cərgəsindədir. Dölün başı vulva halqasından çıxan kimi həkim körpənin tənəffüs yollarından seliyi elektirik sorucusu ilə çəkir. Bu körpəyə həyatda ilk nəfəsini almaqda kömək edir. Bunu körpənizin qışqırığından da biləcəksiniz. Körpə sanki dünyaya gəlişini aləmə car çəkir. Bətndənkənar həyat başlayır!

Bəzən elə olur ki, ilk nəfəs bir qədər yubanır. Bunun çox səbəbi var – özünüz düşünün: kiçik bir varlıq böyük maneələri dəf edərək, 9 ay ərzində uyuşduğu rahatlığı buraxaraq yeni  aləmə düşmüşdür. Onu burada nə gözləyir? Ətraf aləmin kəskin temperatur dəyişikliyi (ana bətnində 3 selsi üzrə 38 dərəcə, doğum salonunda – 24 dərəcəyə yaxın, təsəvvür edin, sizi çılpaq suya atırlar və ya yadınıza salın: çaya, dənizə necə girirsiniz? Asan deyil!

Başqa – işığın dəyişməsi. Fantaziyanızı işə salın: təsəvvür edin ki, yarıqaranlıqda çimirsiniz, çıxdıqda isə canıyananlıqla düz sözlərinizə aerodrom projektorları salırlar. Körpənin ana bətnində eşitdiyi səslər doğum salonunda eşitdiyi səslərdən kəskin fərqlənir, çünki bu səslər onun eşitmə analizatorunu su mühitindən deyil, hava mühitindən keçir. Bütün bunlara əlavə. Doğuş stresi hormonların, o cümlədən adrenalinin vurulması ilə müşayiət olunur. Əgər həyatınızda heç olmazsa, bir dəfə kimsə zarafatla qəflətən qaranlıq blokun küncündən qışqıraraq üstünüzə cummuşdursa, siz bunun nə olduğunu bilirsiniz.

Buna görə də ilk nəfəsalmada ləngimə olan şeydir.

Yüngül halda dabanını yüngülcə çimdimlədikdə körpə özünə gəlir. Narahat olmayın – həkimlər körpənin dünyaya gəlişini maksimum təhlükəsiz etmək üçün yanınızdadırlar.

Sonra göbək bağı təmizlənib kəsilir, körpəni anasına göstərib, cinsini deyirlər, ilk bir və beş dəqiqədə uşağın vəziyyəti Apqar cədvəli üzrə qiymətləndirilir. Yadınızda qalmaya bilər, balların sayı sizin mübadilə  kartınızda qeyd ediləcək. Bəzən (şəraitə baxır) uşağı sizə elə həmin an verə bilərlər, siz, hətta, onu sinənizə  də qoya bilərsiniz. Sonra – sizin çağanız isinməyə gedir, çəkilir, boyu, başının, sinəsinin dairəsi ölçülür, ilk tualetini alır və qonoblenorreyaya (göz xəstəliyinə) qarşı proflaktik tədbir görülür, yəni göz yarığına  xüsusi müalicəvi damcı tökülür. Sonra uşağın qoluna və ayağına sizin soyadınız, tibb tarixçənizin nömrəsi, həmçinin doğum saatı və tarixi yerləşmiş meşin birka taxılır. Vəssalam! Sonra körpənizlə sevinc və qayğı dolu yeni həyat başlayacaq.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 10243
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook