Ağrılarınız başladıqdan sonra maye qidaları seçin.
Bağırsaqlarınızın boş olması doğumu asanlaşdırar.
Xəstəxanaya getmədən əvvəl ilıq bir duş alaraq rahatlayın.
Suyunuz gəldisə ayaqda dayanmayın ən yaxın sağlamlıq mərkəzinə müraciət edin..
Qorxmayın. Qorxu və narahatlıq ağrılarınızın nizamını pozaraq doğumun uzanmasına səbəb olar.
İki ağrı arasında nizamlı nəfəs alıb verərək özünüzü və körpənizi rahatlaşdırın.
Zamanı gəlmədən gücənməyin
Dərin - dərin nəfəs alın. Sancı gəldiyində ağızınızı bağlayın çənənizi sinənizə söykəyib əllərinizlə bir yerdən (doğum masası və ya yatağın kənardan) dəstək alaraq bütün gücünüzlə aşağıya doğru gücənin.
Körpənizin başı doğulana qədər gücənməyə davam edin.
Körpənizin doğulmasıyla doğum hadisəsi hələ bitməmişdir.
İlk yarım saat içərisində körpənin yoldaşı ayrılacaq.
Beləcə doğum hadisəsi sizin də köməyinizlə sağlam və asan bir şəkildə tamamlanmışdır.
Doğumdan sonra rəhm köhnə halına dönmək üçün sıxılar. Buna bağlı olaraq da qarınınızda yüngül sərtlik və ağrı meydana gələr. Bu vəziyyət normaldır. Qarınınıza edəcəyiniz yüngül masaj rəhmin tez toplanmasını təmin edərək doğum sonu qanamalarını azaldar.
Doğumdan sonrakı ilk yarım saat içərisində körpənizi əmizdirməyə başlayın. Bu həm doğum qanamalarını azaldar həm də körpənizlə aranızda yaxşı bir münasibət qurar.