Hamiləlik zamanı bandajın taxılması

Müəllif: Narın Yağış
Şərhlər:
Baxılıb: 4951
Paylaş:
Səs ver:
(səs: 0)
Hamiləliyin müddəti artdıqca qadının onurğa sütunu, bel əzələləri və qarının ön divarı  güclü yükləməyə məruz qalır.

Bu bel nahiyəsində olan güclü ağrılara, yorğunluğa səbəb olur. Hamilə qadınlar üçün olan xüsusi bandajlar qadının vəziyyətini xeyli yaxşılaşdırır, onu ağrılardan və diskomfortdan xilas edir.

Bu kimi hallarda bandajın taxılması həkimlər tərəfindən tövsiyə olunur:


- bel nahiyəsində tez-tez təkrarlanan ağrılar, onurğa sütunun əyriliyi və osteoxondroz zamanı;

-  qarının həqqən artıq böyüməsi zamanı (dölyanı suların çox olması, dölün böyük olması və s.hallarda);

- uşaqlıq boynunun çatışmazlığı zamanı (bu zaman uşaqlığın boynu doğuşdan xeyli əvvəl açılmağa başlayır ki, bu da vaxtdan tez doğuşun təhlükəsini artırır);

- dölün başının çox aşağıda yerləşməsi zamanı;

- ciftin aşağıda yerləşməsi zamanı;

- ayaqlarda ağrılar, ödemlər, varikoz xəstəliyi zamanı;

- hamilə qadın gün ərzində 3 saat və daha artıq ayaq üstə olduqda.

Hamiləlik zamanı bandaj mütləq həkim tərəfindən təyin olunmalıdır. Məsələ burasındadır ki, bəzi hallarda (uşağın uşaqlıqda düzgün yerləşməməsi, bəzi mədə-bağırsaq sistemi pozulmaları, allergik reaksiyalar, bəz böyrək xəstəlikləri və s. zamanı) bandajın taxılması tovsiyə olunmur.

Bəzi qadınlar hesab edir ki, bandaj qarını sıxır və uşağa mənfi təsir edir. Lakin bu səhv fikirdir. Düzgün seçilmiş bandaj ana və uşaq üçün tam təhlükəsizdir.

Bandajlar müxtəlif ölçülərdə buraxılır və bandajın düzgün seçilməsində qadına ginekoloq kömək edir.

Bandajı düzgün taxmaq lazımdır. Əks halda mövcud olan problemlər daha da artacaq. Qadın bandajı yalnız uzanaq vəziyyətdə taxmalıdır və çıxarmalıdır. Ayaq üstə olmaqla bandajı taxmaq olmaz! Düzgün taxılmış bandaj qarını sıxmır, heç bir diskomfort yaratmır və bir müddət keçdikdən sonra qadın tərəfindən hiss olunmur.

Hər 3-4 saatdan bir qadın bandajı çıxarmalı və təxminən 40 dəqiqədən sonra taxmalıdır. Təbii ki, gecə yatmazdan əvvəl və gündüz saatlarında uzandıqda bandaj çıxarılmalıdır.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4951
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv