Uşaqlığın hipertonusu

Müəllif: Anuka
Şərhlər:
Baxılıb: 3182
Paylaş:
Səs ver:
(səs: 2)
Tibbdə uşaqlığın doğuş başladıqdan əvvəl (bəzən hamiləliyin erkən müddətlərində)  yığılmasına "uşaqlığın hipertonusu" deyilir.

Bu müstəqil xəstəlik deyil, bu hamilə qadının orqanizmində olan hər hansı pozulmanın əlamətidir. Lakin uşaqlığın hipertonusuna əhəmiyyət verməmək olmaz ki, bu uşaqsalmanın real təhlükəsinin işarəsidir.

Hipertonusun səbəbi hormonal pozulmalar (estrogenlərin və progestronun az ifraz olunması, qadında kişi hormonların ifrazının artması), kiçik çanaq orqanlarının infeksion və iltihabi xəstəlikləri, abortlar, uşaqlığın anadangəlmə qüsurları (ikibuynuzlu uşaqlıq, uşaqlığın nataman inkişafı), şişlər (mioma), qadında olan bəzi somatik xəstəliklər (böyrək və ürək xəstəlikləri) ola bilər.

Bundan əlavə əgər hamiləlik zamanı qadın daim həyacan, qorxu, gərginlik və s. mənfi emosiyaları keçirirsə, bu da uşaqlığın tonusunun artmasına səbəb ola bilər.

Hamiləliyin birinci üçaylığında hipertonus dölün tələf olmasına, dölsalmaya, hamiləliyin inkişafdan qalmasına, 2-ci və 3-cü üçaylıqlarında isə vaxtdan tez başlayan doğuşa  səbəb ola bilər.

Uşaqlığın tonusu artıqda qadın bu kimi simptomları hiss edə bilər: qarının aşağı hissəsində gərginlik və ağırlıq, bel və qarının aşağı hissəsində ağrılar, menstruasiya ağrılarına oxşayan ağrılar.

Bu vəziyyətdə qadın dərhal uzanmalı və rahatlanmalı, həkimlə məsləhətləşdikdən sonra  sakitləşdirici və spazmolitik preparatları qəbul etməlidir. Fiziki gərginlik əks-göstərişdir.

Əgər belə hallar tez-tez təkrar olunursa, həkim xüsusi müalicə kursu təyin edir. Əgər aparılan müalicəyə baxmayaraq qadın daim tutmaşəkilli ağrıları hiss edirsə, xüsusən bu zaman uşaqlıq yolundan qan qarışıqlı ifrazatlar ifraz olunursa, qadın dərhal "təcili yardım" çağırmalı və müalicəni xəstəxana şəraitində davam etdirməlidir.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 3182
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook