Qatıq hamilələrə çox faydalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 10 739
Səs ver:
(səs: 4)
Qatıq hamilə qadınlar üçün daha çox faydalı qida hesab olunur. Mütəxəssislər belə hesab edir ki, bu məhsul hamiləlik müddətində bol istifadə edilməlidir.
Ümumiyyətlə, qatıq zülal qaynaqlarından biridir. Həmçinin qatıqda ana bətnində inkişaf etməkdə olan dölün, sümük və diş köklərinin meydana gəlməsi, böyüməsi üçün lazım olan kalsium var. Qadınlar.biz-in Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə hamiləliyin üçüncü ayında bədənin kalsiuma olan ehtiyacı artdığından lazımi kalsium almamış analar, sonrakı illərdə osteoporoz problemi ilə qarşılaşa bilərlər. Kalsium bədənin əzələ, ürək və sinir sistemi funksiyalarının yerinə yetirilməsində, qanın laxtalanmasında və bəzi enzimatik fəaliyyətlərdə əhəmiyyətlidir.
Qatıq hamilə olanlarda yüksək təzyiq, astma, böyrək daşının əmələ gəlməsi, diş çürüməsi, sümük problemləri və s. xəstəliklərin qarşısını almağa kömək edir.
Xüsusilə səhər nahardan sonra qatıq istifadə edildiyində bağırsaqların işini nizamlayır, bağırsaqlarda olan təhlükəli və zərərli mikrobların çoxalmasına mane olur.
Bir sıra mütəxəssislərin fikrincə 2-3 stəkan süddə və ya qatıqda sağlam bir fərd üçün lazım olan gündəlik kalsium miqdarının ortalama 1000-1200 milliqramını qarşılamaq olar.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 10 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri