Hamiləlik təhlükə altındadır!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 306
Səs ver:
(səs: 1)
Adətən hamiləlik zamanı qadınlar dərmanlardan "qaçmağa" çalışır.
Lakin bəzən belə də vəziyyətlər yaranır ki, bu və digər dərman preparatının qəbulu hamiləliyin normal inkişafını və hətta saxlanmasını təmin edir.
 
Bu halda belə preparatlar mütləq qəbul olunmalıdır.
Hamiləliyin pozulmasının təhlükəsi hamiləlik zamanı ən tez-tez təsadüf edilən ağırlaşmalardan biridir. Bu hal hamilə qadında qarının aşağı hissəsində və ya bel nahiyəsində dartıcı ağrılarla, uşaqlığın tonusunun kəskin artması ilə (uşaqlıq sanki "daş" kimi olur) özünü büruzə verir. Əgər bu zaman qadına lazım olan müalicə təyin olunmazsa, hamiləlik pozula bilər (hamiləliyin əvvəlində) və ya uşaq vaxtından tez doğula bilər.
Nəzərinizə çatdıraq ki, aşağıda sadaladığımız preparatları yalnız həkim lazım olan müayinələrdən sonra hamilə qadına təyin edə bilər. Özünüz özünüzü "müalicə" etməyin, bu ağır fəsadlara gətirib çıxara bilər!
Beləliklə, hamiləliyin pozulmasının təhlükəsi yarandıqda qadına bu kimi preparatlar təyin oluna bilər:
- Spazmolitik preparatlar. Bu preparatlar hamiləlik zamanı ən tez-tez təyin olunan dərmanlardan biridir. Adətən no-şpa və papaverin şamları təyin olunur. Bu preparatlar praktiki olaraq təhlükəsizdir.
Spazmoltik preparatlar əzələlərin (o cümlədən, uşağlığın) tonusunu azaldır. Bu preparatlar hamiləliyin ilk üçaylığında uşaqsalmanın təhlükəsi yarandıqda təyin olunur. Hamiləliyin axırıncı həftələrində isə bu preparatlar uşaqlıq boynunun doğuşa hazırlamaq məqsədi ilə təyin oluna bilər.
Lakin hətta bu "zərərsiz" preparatlar hər bir hamilə qadına təyin oluna bilməz. Qadının  böyrəklərin, qara ciyərin, ürəyin fəaliyyətində ağır pozulmalar olduqda və ya bu preparatlara fərdi dözülməzlik olduqda, bu preparatlar təyin olunmur.
Spazmolitik preparatların yanaşı təsirləri arasında: başgicəllənməsi, taxikardiya, arterial təzyiqinin enməsi, allergik reaksiyalar.
- Tərkibində proqesteron hormonu olan preparatlar. Bu preparatlar hamiləliyin əvvəlində hamiləliyin pozulmasına təhlükə yarandıqda və ya profilaktik məqsədi ilə (məsələn, hormonal problemləri olan qadınlara) təyin olunur. Proqesteron "hamiləliyin əsas hormonu" sayılır. Proqesteron hamiləliyin normal inkişafı üçün optimal şərait yaradır: uşaqlığın tonusunu azaldır, uşaqlığın daxili qatını (endometriumu) embrionun uğurlu implantasiyası və sonrakı inkişafı üçün hazırlayır.
Proqesteron "düfaston" və "utrojestan" kimi preparatların tərkibinə daxildir. "Utrojestan" "düfaston"dan fərqli olaraq vaginal şamlar şəklində istifadə oluna bilər. Proqestron qadının fərdi dözümsüzlük zamanı istifadə olunmur.
Preparatların yanaşı təsirləri  arasında: qara ciyərin funksiyalarının cüzi pozulması (uzun müddət ərzində və yüksək dozalarda istifadə etdikdə), dərinin qaşınması, allergik reaksiyalar.
- Magne B6. Bu preparat hamiləliyin pozulmasına təhlükə yarandıqda kompleks müalicə zamanı istifadə olunur. Onun tərkibinə maqnezium mikroelementi və B6 vitamini daxildir. Maqezium uşaqlığın tonusunu azaldır, B6 vitamini isə qadının mədə-bağırsaq sistemində maqneziumun sovrulmasını yaxşılaşdırır. Maqne B6 preparatının komponentlərinə həssaslığın artması və böyrəklərin fəaliyyətinin ciddi pozulması zamanı təyin olunmur.
Preparatın yanaşı təsirləri arasında allergik reaksiyalar və mədə-bağırsaq sisteminin pozulmaları ola bilər.
- Ginipral. Bu preparat hamiləliyin pozulmasının təhlükəsi zamanı ən effektli preparatlardan biri sayılır.
Ginipral uşaqlığın tonusunu azaldır. Hamiləliyin pozulmasının riski çox ciddi olduqda, bu dərmanı damar daxili inyeksyalar şəklində təyin edirlər, daha sonra qadına dərmanın həb forması təyin olunur.
Dərmanın dozasını, rejimini və müalicənin müddətini yalnız həkim təyin edir. Qadın daim həkimin nəzarətində olmalıdır və vəziyyətində hər hansı dəyişiklik hiss etdikdə, dərhal həkimə xəbər verməlidir. Dərmanın qəbulunu yalnız həkimin məsləhəti ilə dozanı tədricən azaldaraq dayandırmaq olar. Əks halda hamiləliyin pozulması təhlükəsi yenidən yaranacaq.
Ginipralın qəbulu astma, hipertireoz, qlaukoma xəstələri, ciddi ürək-damar sistemi, böyrək və qara ciyər pozulmaları olanlar üçün əks göstəriş sayılır.
Ginipral ciddi yanaşı təsirləri (ürəkbulanması, qusma, baş ağrısı, ürək ritminin pozulması, arterial təzyiqin kəskin enməsi və s.) verə bilər. Bunların arasında ən yayılmış yanaşı təsir - tezləşmiş ürək döyünməsi. Bu səbəbdən "ginipral" dərmanın qəbulu zamanı bu yanaşı təsiri aradan qaldıran preparat təyin olunur.
Təbii ki, bu kimi yanaşı təsirlər hər qadında inkişaf etmir. Bir çox qadınlar bu dərmanı yaxşı keçirirlər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri