Hamiləlik nə zaman əks göstərişdir?

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 6 083
Səs ver:
(səs: 3)
Bəzən elə hallar olur ki, hər hansı bir xəstəlik üzündən qadının hamilə olması onun üçün əks-göstəriş hesab edilir. Bu zaman həm gələcək ananın sağlamlığı, həm də dölün inkişafı, hətta həyatı üçün təhlükənin olması ehtimalı xeyli yüksək olur.

Qeyd etmək lazımdır ki, hamiləliyin baş verməsi və saxlanması barədə son qərar hər bir halda fərdi şəkildə müalicə həkimi tərəfindən verilir.

Hamiləlik ağ ciyər vərəminin gedişatına mənfi təsir göstərərək, xəstəliyin kəskinləşməsinə səbəb olur.

Viruslu hepatitin ağır formaları zamanı hamilə qadınlarda ölüm təhlükəsi hamilə olmayanlara nisbətən 3 dəfə artıq olur.

Dölün sifilis ilə yoluxması hamiləliyə qədər və ya hamiləliyin bütün dövrləri ərzində ananın bu xəstəliyə tutulması hallarında baş verə bilər.

Hamilələrin məxmərək xəstəliyinə tutulması dölsalmaya, ölü uşaq doğulmasına, dölün inkişaf qüsurlarının formalaşmasına gətirib çıxara bilər. Məxmərəyə yoluxma aşkar edildiyi hallarda mütləq olaraq hamiləliyin süni surətdə pozulması əməliyyatı yerinə yetirilir.

Bütün bədxassəli şişlər hamiləlik üçün əks-göstərişdir.

Qalxanvari vəzin ağır xəstəlikləri hamiləliyin süni surətdə pozulması üçün göstəriş hesab edilə bilər. Belə ki, bu halda ağır formalı hamiləlik toksikozları inkişaf edərək, qıcolmalar və ciftin qopmasına səbəb olur.

Valideynlərin hər ikisində və ya tək anada şəkərli diabet xəstəliyinin olması, uşaqların bu xəstəliyə erkən tutulması və hamilənin vəziyyətinin ağırlaşması ehtimalını artırır. Yalnız diabetin yüngül formalarında hamiləliyin sona çatdırılmasına icazə verilir.

Ağır formalı ürək çatışmazlığı da hamiləliyin süni surətdə pozulması üçün göstəriş hesab edilə bilər. Çünki hamiləliyin müddəti artdıqca ana orqanizmi daha çox əziyyətlərə məruz qalmış olur.

Hipertoniya xəstəliyinin IIB və III stadiyaları hamiləlik üçün əks-göstərişdir.

Böyrəklərin kəskin xəsləlikləri və ya xroniki xəsləliklərinin kəskinləşməsi də hamiləliyin pozulmasına göstəriş hesab edilir.

Kəskin qlomerulonefritin (böyrək toxumasının iltihabi xəstəliyi) dolğun müalicəsi, əksər hallarda, hamiləlik zamanı tətbiq edilməsi əks-göstəriş hesab edilən dərman preparatlarının tətbiq edilməsi ilə həyata kəçirilir.

Böyrək daşı xəstəliyi fonunda böyrək çatışmazlığı inkişaf etdiyi hallarda da hamiləliyin süni surətdə pozulması tibbi göstəriş hesab edilə bilər.

Yuxarıda adları sadalanan xəstəliklər hamiləliyin saxlanılıb-saxlanılmaması məsələsinin həll edilməsində daha tez-tez rast gəlinən xəstəliklərdir. Bir çox digər xəstəliklərin kəskinləşmələri də hamiləliyin pozulması üçün tibbi göstəriş hesab edilə bilər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri