Hamiləlik vaxtı nə etməli ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 42 880
Səs ver:
(səs: 1)
olaraq, lazım, bilər, yaxşı, Gündə, kaloriyə, yemək, edilir, arasında, vardır, dəmir, pendir, körpənizin, əsnasında, edirlər, təklif, qaynaqlarıdır, boşqab, qadının, Qəhvə
 
Hamiləlik vaxtı nə etməli ?

 Hamilə qadının orqanizmində baş verən dəyişikliklər fiziolojidir və normal həyat tərzi kecirilərsə, hamiləlik hec bir problem yaratmaz.Normal həyat tərzi dedikdə qiqiyenik normalara riayyət, fiziki əməyin və istirahətin düzgün balanslaşdırılması, ətraf mühitin qənəətbəxş şəraiti və düzgün qidalanma nəzərdə tutulur.

 Uşaq öz inkişafı üçün lazım olan maddələri ananın qanından alır, buna görə də hamilənin düzgün qidalanmasının dölün sağlamlığının qorunması və normal inkişafı ücün böyük əhəmiyyəti var. Hamilənın qidalanma rejimini tərtib edərkən həm qadının orqanizmində baş verən dəyişikliklər, həm də dölün yeni qurulan və inkişaf edən orqanizminin tələbləri nəzərə alınmalıdır.
 Uzun illər hesab olunub ki,hamilə qadın iki adamın əvəzinə yeməlidir. Son illər isə artıq qida qəbulunun təhlükəsi haqqında o qədər danışılıb ki, gələcək analar az qidalanmaya üstünlük verirlər ki, bunun da zərəri az deyil.

 Bəs əslində hamilə qadın nə qədər və necə qidalanmalıdır?

 Orta boylu və normal çəkili (~60 kq) qadın sutka ərzində energetik dəyəri 1850-2000 kkal olan qida qəbul etməlidir. Hamiləlik zamanı əsas mübadilə 25% artdığı üçün qidanın da energetik dəyəri artaraq 2500 kkal, hamiləliyin sonunda isə 2800-2900 kkal təşkil etməlidir.
 Hamiləliyin birinci yarısında xüsusi rejim tələb olunmur:gün ərzində 4 dəfə, tərkibində əsas qida maddələri olan adi qidaya icazə verilir. Qida rasionunda zülallar 100-110q, yağlar təxminən 75q, karbohidratlar 350- 400q olmalıdır. Bu dövrün özəlliyi ondadır ki, hamiləliyin ilk aylarında bəzi qadınlarda hər-hansı qida maddəsinə qarşı , xüsusilə ət məhsullarına qarşı ikrah hissi olur.

 Bunun mənfi təsiri varmı?

 – Sözsüz ki, hamilənin qida rasionu hərtərəfli olmalıdır. Hamilə həm meyvə-tərəvəz, həm süd məhsulları, həmdə ət və balıq məhsulları qəbul etməlidir. Lakin hər-hansı qidadan hamilənin halı pisləşirsə, ondan istifadə etmək lazım deyil. Xoşa gəlməyən məhsulu eyni vitamin və elementlərlə zəngin başqa məhsullarla əvəz etmək lazımdır. Məsələn, hamilə qadın ət məhsulu qəbul edə bilmirsə,süd məhsullarına üstünlük verə bilər.
 Hamilə qadın qətiyyən agır əşya daşımamlıdı. Ümumiyyətlə hamilə qadın işdən uzaq olmalıdır! .
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 42 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri