Hamilə qadınlara boya qoxusunun zərəri vardırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 965
Səs ver:
(səs: 2)
Boya qoxusu zərərlidirmı?
Ümumiyyətlə, boyanmış səthlərdə, köhnəlmiş boyalarda olan yağ əsaslı boyalar, qurğuşun və civədən özünüzü qoruyun. Həmçinin boya çıxarıcı kimi istifadə edilən, içində həlledici olan maddələrdən də çəkinin. Kiçik bir otağı və ya bir körpə mebelində, belə rənglərə və iylərə diqqət edin. Boya qoxusu ciyərlərinizə getməsin deyə, yaxşı havalandırılan bir yerdə oturun və boya ilə işləmək məcburiyyətindəsinzsə, qoruyucu geyimlər və əlcəklər istifadə edin. Boyadığınız yerdə yeyib-içməyin. Əgər nərdivan istifadə edirsinizsə, daha da diqqətli olun. Çünki siz iki can daşıyırsınız və məsuliyyətiniz də ikiqat olmalıdır. Bədəninizin dəyişən şəkli tarazlığınızı poza bilər, nəzərə alın və mümkün qədər hündür yerlərə çıxmaqdan və ehtiyat lazım olan işlərdən çəkinin.
 
Bunlara da diqqət edin:
Pişik qumu qabları ilə əlaqədar problemlər nələrdir?
Toksoplazma, toksoplasma qondu deyilən bir parazitin səbəb olduğu, doğulmamış bir körpənin sağlamlığını təhdid edən bir infeksiyadır. Bu parazit pişiyin bağırsaqlarında çoxalır və bayıra qum qablarına, ya da bağça torpağına atılır. Nəcisin olduğu qumla ya da torpaqla təmas etsəniz bu parazit sizə yoluxur. Bundan başqa, parazitlə xəstələnmiş heyvanların məhsullarını, az bişmiş ətlərini, südlərini və s. yemək də eyni nəticəni verir.

Əgər evdə heyvan saxlayırsınızsa hamiləlikdə toksoplazmaya tutulmamaq üçün, qumu dəyişdirmə işini başqa bir ailə fərdinə həvalə edin. Əgər bu işi siz etmək məcburiyyətindədirsə, rezin əlcək geyinin və əllərinizi yaxşıca yuyun. Baxçayla, bağla maraqlanarkən də əlcək istifadə etməyə laqeyd yanaşmayın.

Hər qadına sağlam övlad dünyaya gətirmək arzusu ilə...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 6 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri