Hamiləliyin aybaay gedişatı (8-ci ay)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 58 656
Səs ver:
(səs: 1)
8 aylıq hamiləlik  (29 -33- cü həftələr arası) Bu ayda körpədə olan dəyişikliklər: 30-cu həftədə körpə təxminən 1500 qram ağırlığında, 25 sm uzunluğunda olur. Bu həftədə körpə diafragma əzələlərini istifadə edərək tənəffüs məşqləri etməyə başlayır. 31- ci həftədə oğlan uşaqlarında xayalar böyrəklərin yanından qasığa enər, qız körpələrdə isə hələ klitor tam inkişaf etməz. Bu həftədə körpə doğularsa, hələ ağciyər inkişafı tamamlanmadığından, körpə reanimasiyada uzun müddət qala bilər və oksigen ehtiyatına ehtiyacı ola bilər.
32-ci həftədə körpə hərəkətlərində keçmişə nəzərən nisbi bir azalma hiss olunacaq, əgər bu sizdə narahatlıq yaradarsa, sol tərəfinizə uzanıb körpənin hərəkətlərini izləyin. 2 saat içərisində 10 hərəkətdən daha az hərəkət hiss etsəniz, həkiminizə müraciət edin, körpə hərəkətlərində ani yoxluq halı təhlükəli bir vəziyyətdir, belə halda dərhal bir sağlamlıq mərkəzinə müraciət edin. Bunu da qeyd etmək lazımdır ki, 32-ci həftədə doğulan körpələrin hamısı həyatda qalar və normal yaşayarlar.
 
8 aylıq hamiləlikdə anada olan dəyişikliklər: Hamiləlikdən əvvəlkinə görə ürək sürəti 20% artar. Bunlara əlavə olaraq qan nəqlindəki artım səbəbi ilə hamilələrin yarısında səhərlər göz qapaqlarında və üzdə şişlik görülə bilər. Hamiləlik hormonu olaraq bilinən progesterondakı artım səbəbi ilə tənəffüs sürəti və dərinliyi artır ki, bu da artan oksigen ehtiyacını qarşılamanızı təmin edər. Yenə hormonal səbəblər, qan axışındakı artım və süd damarlarında artım səbəbi ilə döşlərdə böyümə olar. Uşaqlıqda doğum hərəkətinə hazırlanmaq üçün bu həftələrdə yalançı doğum sancıları kimi hislər olar. Bu sıxılmaları gerçək doğum ağrısından ayırmaq üçün gerçək doğum sancılarının istirahət edərkən keçməməsi , gedərək sıxlığının və şiddətinin artması, bununla birlikdə vagindan tünd konsistensiyalı bir axıntı, qanama ya da su gəlməsinin bilinməsi çox vacibdir, çünki 37-ci həftədən əvvəl ağrılı hərəkət (erkən doğum) işarəsi ola bilər. Yenə də uşaqlığın böyüməsi ilə sidik yolları və kisəsinə olan basqı səbəbi ilə xüsusilə gülmə, öskürmə kimi qarın içi təzyiqini artıran vəziyyətlərdə sidik qaçırma ola bilər, artan sidik yolu infeksiyası riskinə qarşı bütün hamilələrin diqqətli olması lazımdır. Normaldan daha tez-tez sidiyə çıxma, sidik edərkən yanma, alt qarın bölgəsi və ya kürək ağrısı olan hamilələr dərhal sağlamlıq mərkəzinə müraciət etməlidir. Sidik yolu infeksiyası fərq edilməzsə, böyrəklərinizə zərər verə biləcəyi kimi, erkən doğumu da reallaşdıra bilər.
 
 Bu ayda meydana gələ biləcəklər:
- Vajinal qanama - Uşaqlıqda sıxılmalar - Şiddətli ya da davamlı başağrısı (qusma, bulanıq görmənin olması) - Şiddətli ağrı - Ayaqda qırmızılıq və şişlik ilə birlikdə ağrı - Qanama ilə birlikdə ağrı - Ağrı, ya da hərarət ilə birlikdə qusma - Yüksək hərarət - Vaginadan sulu bol miqdarda axıntı gəlməsi Bu vəziyyətlər yaşandığında vaxt itirmədən həkimə müraciət edin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 58 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri