Hamiləlik və toksoplazmoz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 237
Səs ver:
(səs: 1)
Bu xəstəlik insanlara toksoplazmoz xəstəliyinə tutulmuş ev heyvanlarından, ev quşlarından, iri buynuzlu mal-qaradan keçir. Odur ki, bu heyvanlarla təmasda olan və onların məhsullarından istifadə edən şəxslər arasında bu xəstəliyə daha çox rast gəlmək olur. Toksoplazmoz xəstəliyini törədən mikrob insan orqanizminə qida vasitəsi ilə, ağızın selikli qişasından keçir. Mikrobların bir hissəsi mədə şirəsinin təsirindən tələf olur, digər hissəsi isə qan və lima yolları ilə orqanizmə yayılır.

Toksoplazmoz xəstəliyinin yayılmasına dovşanlar və ağ siçanlar daha çox səbəb olur. Bu heyvanlar xəstə heyvanların yem qalığı ilə xəstəliyi tezliklə yayırlar. Xəstəlik yuyulmamaış meyvə-tərəvəz , xəstə heyvan və xəstə quşun ətindən insan orqanizminə keçir. Qadınlar arasında toksoplazmoza kişilərə nisbətən daha çox təsadüf olunur. Bu da bəzən qadınların mətbəxdə tam bişməmiş xəstə heyvan ətinin duzunu yoxlamalrı ilə əlaqədardır. Bu xəstəyin törəməsi, orqanizmə daxil olan mikrobun xəstəlik törətmə və orqanizmin müdafiə qabiliyyətindən asılıdır. Xəstəliyi törədən mikrob qan və limfa yolları vasitəsilə toxumalar arasında yayılaraq daxili orqanların iltihabına səbəb olur. Ən əvvəl baş beyin, göz, ürək əzələsi, qaraciyər iltihaba tutulur. Daxili üzvlərin toksoplazmoz xəstəliyi zamanı həmin üzv nahiyəsində ağrıların olması müşahidə edilir.

Hamilə qadınlarda toksoplazmoz xəstəliyi zamanı əksər hallarda qaraciyərdə dəyişiklik gedir. Qaraciyər böyüyür, ağrılı olur, bəzi hallarda sarılıq baş verir. Toksoplazmoz uşaqda anadangəlmə olduqda gözündə iltihab, qızartı,qansızma, çəpgözlülük, beyinin inkişafdan qalması, beyinə su yığılması halları müşahidə olunur. Bu xəstəlik zamanı hamiləlik və doğum fəsadla keçir, bəzən hamiləlik müxtəlif aylarda pozulur. Bu xəstəliyə yoluxmuş qadının təzyiqi normadan aşağı olur, bu isə vaxtından qabaq doğuşa, erkən hamiləlik dövründə qanaxmaya səbəb olur. Kəskin toksoplazmoz xəstəliyi vaxtında müalicə olunmazsa xroniki hala keçib uzun müddət davam edə bilər. Odur ki, bu xəstəlik aşkar edilibsə mütləq müalicə olunmaq lazımdır. Müalicə 4-5 kurdan ibarətdir, hamiləlikdən qabaq və ya hamiləliyin 3-6-9 aylarında.

Toksoplazmoz xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlərdən istifadə edilməlidir: 1. Baytar həkimlər tərəfindən ev heyvanları və mal-qara arasında toksoplazmoz xəstəliyi aşkar edildikdə mütləq sanitariya işləri aparılmalıdır. 2. Ev heyvanları olduqda həyətyanı sahə, bağ, bostan uşaqların oynadığı yer təmiz saxlanmalıdır. 3. Bu xəstəlikdən tələf olunmuş heyvanın cəsədi mütləq basdırılmalıdır. 4. Toksoplazmoz xəstəliyi haqqında qadınlar arasında sanitar-maarifi işi aparılmalı, bu xəstəlik barəsində mühazirələr oxunmalı, xüsusi kitablar və vərəqələr buraxılmalıdır. 5. Ev heyvanlarının təmizliyinə fikir verilməlidir. Yadda saxlamaq lazımdır ki, anadangəlmə toksoplazmoz xəstəliyi uşaqda bir neçə ildən sonra da baş verə bilər, onun şikəst olmasına səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri