Yayda hamilələrinin diqqət etməsi lazım olanlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 663
Səs ver:
(səs: 1)
Günəş isti üzünü gün keçdikcə daha da hiss etdirir. İsti hava bizim üçün xoşbəxtlik qaynağıdır, bəs hamilələr üçün necə?

Yay hamiləliyində nə etməliyik?
Hava istiliyinin getdikcə artması hamilələr üçün də bir az daha çətin günlər başlamış olur. Hamiləlik boyunca qan dövranı təəccüblü ölçülərdə artır. Hormonlardakı dəyişikliklərlə və qan dövranındakı tezləşmələrlə artan bədən daxili temperaturu, bir də havaların istiliyi ilə əlavə çətinliklər başlayır.Tətbiq olunacaq bir neçə sadə üsul və kiçik detallar bu çətin günlərin öhdəsindən gəlməyi təmin edə bilər.

Günəş işıği faydalıdırmı?
Təmiz hava və günəşdən hamilələr mütləq faydalanmalıdırlar. Günəş işığının qəbul olunmaması D vitamini əksikliyinə yol açacağını ifadə edən mütəxəsislər bunun da ana qarnındakı körpənin beyninin inkişafına təsir edəcəyini vurğulayırlar. Ana qarnındakı körpənin günəş işığına hər zaman ehtiyacı vardır və az miqdarda alınan günəş işığı irəlidəki yaşlarda şizofreniyaya yol aça bilər. Lakin hamiləliyini yay aylarında keçirən ana namizədlərinin əhəmiyyət vermələri lazım olan bir neçə məsələ var. Körpə sağlamlığının ana qarnında başladığı qətiliklə unudulmamalıdır. Həddindən artıq istiyə məruz qalan hamilələrin körpələrində müxtəlif şikəstliklərə qədər çatan problemlər ortaya çıxa bilər. Bu səbəblə ana namizədləri özlərinin və körpələrinin sağlamlığı üçün həddindən artıq istilərdə diqqətli olmalıdırlar.

Maye qəbulu vacibdirmi?
Hamilələrin maye qəbulu istiliyin artması ilə birlikdə daha da artırılmalıdır.  Qan həcmindəki artım və rəhmdəki körpəni qorumaq üçün çıxarılan amniyon mayesinə görə daha çox mayeyə ehtiyac görülür. Bədənin susuz qalması rəhmdə sıxılmalar səbəbindən tez doğuma səbəb ola bilər. Lazımlı olacaq qədər maye qarşılanmadığında sidik yolu infeksiyalara, qəbizlik, hemoroid kimi bir çox vəziyyətlərlə qarşılaşma riskini artırır. Hər gün çoxlu su içilməli və gün içərisində həddindən artıq olmamaq şərti ilə meyvə suları ilə mayeyə olan ehtiyacınıza dəstək ola bilərsiniz. Buzlu, nanə və limon ətirli içkilər sərinləşdirici alternativ içkilər meydana gətirə bilər. Diqqət edilməsi vacib olan başqa məsələ isə bədəndə maye itkisinə yol açan qəhvə, çay və kola kimi içkilərdən uzaq durmağınız lazımdır. Təklif olaraq gündə ən azı 8 və ya 10 stəkan su içilməlidir.

Günəş şüalarından necə qorunmalıyıq?
Günəş şüalarına məruz qalmamaq üçün mümkün qədər 11.00-16.00 saatlarına qədər çölə çıxmamağa diqqət göstərilməlidir. Günəş şüalarının daha dik və təsirli olduğu bu saatlar arasında çölə çıxmaq məcburiyyətində qaldıqda isə mütləq günəş qoruyucu yüksək faktorlu günəş kremi dəriyə sürülməli, şapka taxılmalıdır. Gedərkən kölgəli yerlər secilməli, geyimlər açıq rəngli parçadan və ipək pambıqlı bir quruluşda olmalıdır. Tez-tez fasilə verilməli və maye qəbul edilməlidir. Hamilələr səhər və ya axşamçağı gəzməkləri ilə yayın kefini çıxarmalıdırlar.

Bədən şişməsinə qarşı nə etməliyik?
Hamiləliyin son aylarında nadir də olsa, əllərdə və xüsusilə ayaqlarda şişmə halları olur. Hava istiliyindəki və nəm nisbətindəki artım bədəndəki şişməyi artırır. Ayaq üstə çox qalmaq, çox oturmaq və uyğun olmayan ayaqqabılar geyinmək bu şişməyə mənfi təsir göstərir. Hamiləlik dövrü ərzində, xüsusilə isti havalarda qıçlardakı qan dövranını təmin etmək məqsədi ilə ayaqları yüksəyə qaldırmaq, ayaqları və qıçları masaj etmək, ayaq duşu etmək tösiyyə edilir. Bu etdikləriniz qış və ayaq biləklərindəki şişkiliklərin enməsinə kömək edir.

İş yerində isti havaya qarşı nə etmək lazımdır?
İş yerində istidən qurtarmaq üçün əl və ayaq biləkləri su ilə nəmləndirilməlidir. İşləyərkən ara bir gəzib qan dövranını təmin edilməlidir. Təmiz hava almaq və su içmək sii rahatlaşdıra bilər. Aşıq ayaqqabılar, pambıqlı və dar olmayan geyimlər ilə istiliyin çətinliyini yüngülləşdirə bilərsiniz. İstilər ilə birlikdə xüsusilə son aylara yaxınlaşmısınızsa, baş ağrısı, baş gicəllənməsi, ürək bulanma, yorğunluq və halsızlıq da özünü göstərə bilər. Bu vəziyyətdə tez su içilməli, ayaq üstə dayanmamalı, hətta uyğun bir yerə uzanmalı və qan şəkərinin enməsini fikrləşərək nəsə yemək lazımdır.

Dondurma və bənzəri olan qidalar necə qəbul edilməlidir?
Yay istisində sərinləmək məqsədi ilə tez-tez yeyilən dondurma, süd və ayran kimi məhsullar alınarkən diqqət edilməli və çöldə istiyə məruz qalmış məhsullar alınmamalıdır. Kohnəlmiş qidaları qəbul etmək həm ana, həm də körpə üçün olduqca təhlükəlidir. Məhsulların açıq olaraq satılmadığı və əmin olunan yerlərdən alış-veriş etmək əhəmiyyətlidir. Bişirmə üsulu olaraq qızartma seçilməməlidir. Mövsümə uyğun tərəvəz və meyvələrindən hazırlanacaq salatlar yaxşı yuyulduğu müddətcə ən uyğun yeməklərdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri