Hamilələr üçün 10 qızıl qayda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 898
Səs ver:
(səs: 1)
1. İş və iş şəraiti
Günümüzdə bir çox hamilə qadın doğum anı yaxınlaşana qədər iş həyatına davam etməkdədir. Hamiləlik əsnasında iş mühiti ve şərtləri diqqət olunmalı olan nüanslardandır. İş yerində istifadə olunan kimyəvi maddələr və radiasiya qadına zərə r verə bilər. Belə yerlədə işləmək məcburiyətində olan qadınlar xüsusi qoruyucu geyimlər geyinməli, iş otağını tez tez havalandırmalıdır. Çox isti yerlərdə işləyənlər tez-tez sərin yerə keçərək, bol maye qəbul etməlidir. Ağır yükdən qaçmaq, çox əyilib qalxmaqdan uzaq olunmalıdır. Ara-ara dincəlmək üçün fasilə verilməlidir. İşləməyə əngəl ola biləcək hər hansı risk varsa iş həyatına fasilə verilməlidir. Uşaqlıq boynunda açıqlıq (yetməzlik), uşaqlıq anomaliyaları, qanaxma, təyziq problemləri, uşağın inkişafdan qalması, döl yanı mayenin çoxluğu kimi hallarda iş həyatı hamiləliyə mənfi təsir edir. Bu kimi hallarda həkimlə məsləhətləşmək lazımdır. Diqqətli və təhlükəsiz iş şəraitinində işləyən analar hamiləliyi problemsiz başa vura bilərlər.

2. İdman
Hamiləlikdə idmanla məşğul olmaq həm ana həm də uşaq üçün çox faydalıdır (Hamiləlikdə idman hərəkətləri barədə buradan oxuyun). Ancaq öncəliklə həkimlə məsləhətləşib idmanla məşğul olmaq üçün uyğun olub olmadığınızı öyrənmək lazımdır. Bəzi xusisi hallarda idmandan uzaq durmaq lazımdır. İdmana başlamaq üçün 3-cü ayın bitməsini gözləmək daha məqsədəuyğundur. Burada idmanın davamlı olması mühüm faktorlardan biridir. İdeal idman həftədə 3 günlük rejimdir. Məqsəd qətiyyən çəki azaltmaq olmasa da, davamlı və qaydaya uyğun edilən idman çəki artımını da tənzimləyəcəkdir. Ağır və ürək döyüntüsünü artıran hərəkətlərdən uzaq olmaq lazımdır. 5-10 dəqiqədə bir ara verilməli, istirahət edilməlidir. İdmanın faydaları:
-yuxu problemlərinin azaldır,
-bel ağrılarının azaldır,
-hamilənin özünü həm fizioloji, həm də psixoloji yaxşı hiss etməsinə səbəb olur,
-normal doğuşu və doğuş zamanı sancıları azaldır
-çəki artımına nəzarəti təmin edir
-şişlik və ödemləri azaldır

3. Geyim
Xüsusilə yay mövsümündə hamilələr üçün  sərinlik önəmli bir faktordur. Tərləməyə səbəb olan sintetik libaslardan istifadə edilməməlidir. Pambıq parçadan olan açıq rəngli və dar olmayan libaslar idealdır. Alt paltarları da pambıqlı ve bel seviyyəsi yüksəkdə duran olmalıdır. Rahat və ortopedik ayaqqabılara üstünlük verilməlidir. Ayaqqabılarda daban yüksəkliyi maksimum 3 sm olmalıdır. Beli sıxan şalvar və kəmərlərdən istifadə olunmamamıldır.

4. Çəki Artımı
Kilo artışı doğuşa qədər  9-12 kilo arasında dəyişir. Çox arıq olan hamilələrdə 17 kiloya qədər artım normal sayılır. Kök qadınlarda isə kilo artımının çox olması təhlükəli ola bilər. Bunun üçün də, ana olmağa hazırlaşan kök qadınların hamiləlikdən öncə arıqlamaları məsləhətdir.

5. Bağırsaq hərəkətləri
Hamiləliyin 15-ci həftəsindən etibarən uşağın böyüməsi sürətlənməkdədir. Bu səbəblə bağırsaq hərəkətləri də zəifləməkdədir. Qəbizlik şikayəti sıxlaşır ki, bunu da əngəlləmək üçün lifli qidalar, tərəvəz və meyvəyə üstünlük verilməli, bol maye qəbul edilməlidir

6. Səyahət
Hamilələr üçün uzun müddətli oturaq vəziyyətdə səyahət etmək məsləhət deyil. Bunun üçün avtobus, maşın kimi minik vasitəli ilə səyahət 6 saatdan artıq olmamalı, ən az 2 saat arayla fasilə verilərək mütləq aktiv hərəkət edilməlidir. Hava səyahəti hamilələr üçün daha təhlükəsizdir. Yenə də səyahətə çıxmazdan əvvəl həkim müayinəsindən keçmək məsləhətdir.

7. Ağız və diş baxımı
Hamiləlik zamanı tüpürcək və qandakı turşu səviyyəsi artdığı üçün dişlər tez çürüməyə meyilli olur. Diş əti problemlərinə də normaya görə daha sıx rastlanı. Körpənin də diş inkişafı ana bətnində başladığı üçün ana həm özü , həm də körpə üçün diqqətli olmalıdır. Bu problemlərin yaşanmaması üçün hamiləlik boyunca A, C, D vitaminləri, fosfor, kalsium qəbuluna diqqət edilməlidir. Meyvə, tərəvəz, yumurta, süd məhsulları, ət veə balıq bol tükətilməlidir

8. Süd vəzi və qarın baxımı
Hamiləlikdə hormonların təsirindən bədənin bir çox nahiyəsində dəyişikliklər baş verir. Bunların da ən başında qarın və süd vəzisi gəlir. Xüsusilə son həftələrdə süd vəziləri fəaliyyətə başlayaraq kolostrum adı verilən ilk südü ifraz edir. Hamiləliyin ikinci yarısından etibarən süd vəzilərini altdan dəstəkləyərək sıxmayan pambıqlı büsqalter geyilməlidir. Qarın nahiyəsindvə əmələ gələcək çatların qarşısını almaq üçün xüsusi kremlərlə hər gün masaj edilmə məsləhətdir. Hamiləlikdə quruyan cildi nəmləndirmək hamiləlik sonrasında əmələ gələcək deformasiyaları da azaldacaqdır.

9. Duş
Suyun temperaturu bədən temperaturuna yaxın olmalı, çox isti olmamalıdır. Suyun çox isti olması bədən temperaturun yüksəlməsinə və ürək döyüntüləri artmasına, fetusa gedən qan axımı azalmasına və fetal stresin əmələ gəlməsinə səbəb ola bilir. Ana tərləmə vasitəsiylə bədən temperaturunu tənzimləyə bilir, ancaq fetus üçün bu mümkün olmur.

10. Cinsi əlaqə
Bədənin fizyolojik ehtiyaclarından olduğu üçün hamiləliyin öyrənilməsindən etibarən cinsi əlaqəya ara vermək gərəksizdir. Embriyonun yerləşdiyi yer və vagina bir-birindən fərqli orqanlardır və bir-birinə təsir etmirlər. Buna görə də, əlaqə zamanı uşağın zərər görəcəyi fikri düz deyil. Normal hamiləlik periyodundakı bir qadın hamiləliyinin sonuna qədər cinsi həyata davam edə bilər. Lakin son ayda əlaqənin riskli ola bilər ki, bunun da səbəbi spermanın içindəki prostoqlandin adlı maddənin uşaqlıq yığılmalarını artıraraq erkən doğuma səbəb ola bilməsidir. Bu səbələ kontrollu cinsi əlaqə tövsiyə olunmaqdadır.
Hamiləliyin başından bəri erkən doğum ya da düşük riski, vaginal qanaxması olan hamilələrdə cinsi əlaqə qadağan edilməli, əkiz hamiləliklərdə 6-cı aydan etibarən əlaqəyə ara verilməlidir.

Nərmin Qəribova (uzman cərrah, mama-ginekoloq)
Tel: 055 268 48 94
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 898
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri