Hamiləlikdə USM olarmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 627
Səs ver:
(səs: 0)
Analığa namizəd tez bir zamanda övladına qovuşmaq, onu qoynuna almaq istəyir. Amma hələ qarşıda 9 ay var. O yalnız körpəsi ilə USM vasitəsilə təmasda ola bilər. Lakin burada da tərəddüdlü fikirlər mövcuddur. Bəzi hamilələr onun zərərli olmasından qorxur, bəzi həkimlər isə narahat ananı həmin müayinəyə göndərməyi məsləhət bimirlər. Bəs həqiqətənmi hamiləlikdə USM zərərlidir? 9 ay boyunca neçə dəfə bu müayinədən keçmək olar?

Hamiləlikdə USM nəyə lazımdır?
Ultrasəs müayinəsi hamiləlik zamanı dölün vəziyyətini qiymətləndirmək üçün çox lazımı və faydalı üsullardandır. 1970-ci illərin sonundan etibarən istifadə edilən bu üsul, əslində tibb elmi üçün bir inqilab idi. Bu müayinə hamiləliyin həqiqi olub-olmamasını, düşük təhlükəsini, körpənin uşaqlıqdakı vəziyyətini, duruşu, hərəkəti, ürək və beyin fəaliyyətini, eləcə də inkişafdan qalmanı və s. aşkarlamaq üçün çox əvəzedilməz üsuldur.

Hamiləlikdə neçə dəfə USM-dən istifadə etmək olar?
Hamilə qadının ultrasəs müayinəsindən keçməsi əslində onun 9 ay boyunca olan vəziyyətindən asılıdır. Belə ki, xəstəliklərlə, rahatsızlıqlarla əlaqədar o daha tez-tez bu müayinədən keçə, heç bir narahatlığı olmadığı halda isə daha az istifadə edə bilər.
Aybaşı gecikməsindən 1-2 həftə sonra hamiləliyin həqiqi olub-olmaması üçün ilk USM vacibdir. Əgər hamiləlikdə hər şey qaydasındadırsa, o zaman 18-20-ci həftələrdə dölün vəziyətini incələmək üçün və 34-cü həftədə körpənin çəkisi və yerləşmə vəziyyətini bilmək üçün bu müayinədən keçməlidir. Amma əksər ölkələrdə, eləcə də biz də hər ay həkim nəzarətində olan hamilə USM-dən keçir ki, burada da ciddi bir problem və təhlükə yoxdur.

USM körpəyə zəzərlidirmi?
Dünya tibbində artıq 40 ilə yaxındır ki, USM-dən istifadə edilir.  Və bu illər ərzində onun fəsadları ilə bağlı aparılan araşdırmalar USM-in körpəyə hər hansı mənfi təsirinin olduğunu aşkarlamayıb. Çünki ultrasəs müayinənin rentgen kimi ionlu şüalanması olmadığından körpə və ana üçün təhlükəsi də yoxdur.
Sadəcə bəzən qeyri-peşəkar həkimlər müayinə zamanı dölün önəmli məqamlarını gözdən qaçırır, səhv diaqnoz qoyub hamiləni stresə salırlar. O baxımdan hamilələr diaqnozun yanlış olmasından şübhələndikdə digər USM həkiminin qəbuluna getməli, təkcə bir həkimin fikri ilə kifayətlənməməldirlər.

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri