Hamiləlikdə herpes və sitomeqlovirus

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 700
Səs ver:
(səs: 0)
Herpes haqqında danışarkən ilk növbədə dodaqda soyuqdəymə nəticəsində yaranan səpkilər yada düşür. Herpes virusunun 2 forması var: dodaq ətrafı səpkiyə səbəb olan HSV-1 virusu, genital herpesə səbəb olan HSV-2. Bəzən HSV-1 də genital səpkilərə səbəb olur. Çünki bir dəfə orqanizmə daxil olan virus ömür boyu orada yaşayır. Vaxtaşırı aktivləşir, digər zaman aktiv olmur.
Döl üçün əsas təhlükəli herpes 32-ci həftədən sonra baş verən yoluxmadır. Əgər bu zaman ərzində herpes müəyyən olunarsa, əksər hallarda keysəriyyə kəsiyi məsləhət görülür.  Çünki körpə doğuş yollarından keçərkən yoluxa bilər.
Ana hamiləlik vaxtı genital herpesə yoluxarsa, döl də əziyyət çəkə bilər.  Çünki yeni yoluxma zamanı ananın qanında bu virusa əks antitel İgG və İgM olmur. Bu antitellər virusun dölə keçməsinin qarşısını alır. Bunlar olmadığı üçün virus plasentadan dölə keçərək onun ölümünə, anadangəlmə qüsuslara, baş beynin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb ola bilər.
 
Birincili yoluxma zamanı dölün zədələnmə ehtimalı 75%dir. Herpesin fəsadları bunlar ola bilər:
- düşük;
- bətndaxili inkişafın ləngiməsi;
- mikrosefaliya;
- hidrosefaliya.
Hamiləlik vaxtı herpesin müalicəsi üçün antivirus dərmanlar istifadə olunur. Doğuş vaxtı körpə yoluxursa, bu zaman neonatal yoluxmadan söhbət gedir. Nəticədə körpədə nəinki ağızətrafı və gözətrafı səpkilərə səbəb olur, həm də beyin və digər orqanları zədələyə bilər.  
Herpes virusu ana südünə keçmir. Bir şərtlə ki, döş ətrafı və körpə ilə kontaktda olan bədən hissəsində səpkilər olmasın.
 
SİTOMAQALOVİRUS.
Bu virus herpes ailəsinə mənsub virus növüdür. Bu virusa yoluxan insanın ondan müalicəsi mümkün deyil.  Çünki bu virusa qarşı immunitet əmələ gəlmir. Bu virusa qarşı orqanizmin ümumi immun sisteminin hissəsi olan İgG mübarizə aparır. Nəticədə virus zəifləyir və plasentadan keçmə ehtimalı azalır. Dölün yoluxması 1-2% halda müşahidə olunur. Bu virusa yoluxmuş körpə doğuşdan sonra tam sağlam görünə bilər. Lakin bir neçə ay sonra karlıq əlamətləri və digər yoluxma əlamətləri aşkar oluna bilər. Statistikaya əsasən hər 750  uşaqdan biri anadangəlmə bu virusa yoluxur.
Bu virusun anadan uşağa ötürülməsi ananın nə vaxt yoluxmasından asılıdır. Hamiləliyin ilk dövrlərində baş verən yoluxma daha təhlükəlidir. Çünki virusla mübarizə aparan antitellər əmələ gələnə qədər virus plasentadan döl orqanizminə daxil olur. Hamiləlikdə bu virusla mübarizə üçün hamiləliyə təhlükəsi olmayan antivirus dərmanlar istifadə olunur. Adətən 85-90% bu virusa yoluxan körpələr doğulduqdan sonra yoluxma əlamətləri gizli halda qalır. 1-1,5% halda isə sonradan fəsadlar-görmə və eşitmənin pozulması ilə müşayiət olunur.
Sitomqalovirus ana südünə keçsə də onun uşağa təsiri yox dərəcəsindədir.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 700
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri