Hamiləlik dövrü - 6. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 368
Səs ver:
(səs: 0)
Təxminən 42-ci gün (döllənmədən sonra 21-ci gün) 
Bəlkə də hələ hamilə olduğunuzu sizə bildirəcək şikayətləriniz yox. Hamiləlik əvvəli həyatınız ilə heç bir fərq görə bilmirsiniz. Bilməlisiniz ki, içinizdə bir varlıq var və xəyal belə edə bilməyəcəyiniz qədər sürətli çalışır. Embrionun tək tək hər hüceyrəsi davamlı fəaliyyət halında. Bu fəaliyyətin nəticəsi olaraq bəzi şikayətlər də yavaş-yavaş ortaya çıxmağa başlayır. Bir çox qadınlar kimi siz də əsasən səhərlər oyandığınızda mədənizin bulandığını hiss edə bilər hətta qusa bilərsiniz. Köhnədən sizi cəzb edən yemək qoxuları artıq sizə diksinti verir ya da yoldaşınızın o çox sevdiyiniz ətirinin birdən birə əslində heç də gözəl olmadığını fərq etdiniz. İş yoldaşınızın siqareti heç sizi bu qədər narahat etməmişdi. Əslində bütün bu qoxular yenə əvvəlki kimi, lakin dəyişən sizsiniz. Hamiləlik hormonlarının beyninizdəki bulantı mərkəzini xəbərdar etməsi nəticəsində, əgər bulantı və qusmalar sizin həyatınıza və qidalanmanıza təsir edəcək qədər şiddətli olarsa bu vəziyyətdə dərman istifadə etməniz gərəkə bilər. 
Bu dövr körpənin orqan inkişafı üçün kritik olduğundan spirt, siqaret kimi körpəyə zərərli ola biləcək maddələrdən uzaq dayanılmalıdır. Bir çox analığa namizədlər bu dövrdə hamilə olduğunu sevdikləri və dostları ilə paylaşmaq istər və ailəyə yeni bir fərdin qatılacağı müjdəsi bu həftədə verilə bilər. Bəzi analığa namizədlər isə xoşbəxt xəbəri paylaşmaq üçün riskli olan dövrün keçməsini və hamiləliyin normal getdiyindən əmin olmağı gözləyərlər. Hər iki davranış şəkli də normaldır. 
Döllənmədən (2ci həftə ilə 3-cü həftə aralarında götürülür) sonra 21-23 cü günlərdə embrionun boyu 1.5-3 mm ə qədər olmuşdur. Bu dövrdə çox sürətli bir böyümə və dəyişmə söz mövzusudur. Göz və qulaq qaralamaları meydana gəlmişdir. Kəllə və baş meydana gəlməyə başlayır. S şəklində bir balon meydana gəlir. Bu asimmetrik meydana gəlmə primitiv ürəkdir və bu dövrdə döyünməyə başlar. Ancaq damarlar tam mənası ilə inkişaf etmədiyindən tam bir dövran olmaz. 
27ci günün sonunda embrionun boyu 5 mm ə qədər olmuşdur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri