Hamiləlik dövrü - 27. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 562
Səs ver:
(səs: 1)
Əgər uşaqlıq içərisinə bir kamera yerləşdirmək mümkün ola bilsəydi, körpənizin gözlərini görə bilərdiniz. Çünki onun göz rəngi artıq müəyyəndir: sizə göz qırpa bilər. Bu həftə gəldiyində körpəniz gözünü açıb bağlamağa başlayır. Beyin yetkinləşməsi sürətlə davam edir və səsə verdiyi reaksiyalar yaxşıca artır. Boyu 25 santimetrə yaxınlaşdı və kilosu 1000 kiloqram ətrafında. İkinci trimestrin sonu olan 27ci həftədə tənəffüs və yuxu problemləri yaşaya bilərsiniz. Xüsusilə yatdığınız zamanlarda nəfəs darlığı ortaya çıxa bilər. Bu vəziyyət körpənizə hər hansı bir zərər verməz, ancaq siz daha rahat ola bilmək üçün, gecələri yatarkən istifadə etdiyiniz yastıq sayını artırmalısınız. Bir çox gələcək analar bu dövrlərdə yuxunun onların istirahətinə çox çətinlik yaratdığını söyləməkdədirlər. Şüur altında yaşanan narahatlıqlar yuxuda kabus olaraq özünü göstərə bilər. Hətta yuxuya getmədə böyük çətinliklər yaşaya bilərsiniz. Təcrübəli gələcək analar yatmazdan əvvəl yarım saatlıq bir gəzişin olduqca faydalı olduğunu iddia edirlər. Diqqət yetirməniz lazım olan bir başqa nöqtə də qan təzyiqinizdir. Hərçənd həkiminiz hər baş çəkdikdə təzyiqinizi ölçür, ancaq siz də 3-4 gündən bir bunu təkrarlasanız faydalı olar. Çünki xalq arasında hamiləlik zəhərlənilməsi olaraq da bilinən preeklampsiya ( hestozun ilk mərhələsi) üçün riskli dövrə girdiniz. Bu həftə ilə birlikdə hamiləliyinizin ikinci trimestri sona çatdı. Yolun böyük qismi geridə qaldı.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri