Hamiləlik dövrü - 37. Həftə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 650
Səs ver:
(səs: 0)
Xoşbəxt finala yalnız 4 həftə qaldı (əgər Kesar əməliyyatı olacaqsa 2 həftəyə qədər daha zamanınız var). Körpə isə hazırlandı. Hər an doğum kanalına girə bilər. Körpənizin diş ətləri də yetkinləşməsini tamamladı və artıq sərtdir. Hamiləliyinizin əvvəlində USMdə gördüyünüz o kiçicik canlı artıq tam mənasıyla təxminən 2750 qram ağırlığında bir insan balası. Bu həftədə körpəniz ümumiyyətlə son duruş mövqeyini götürmüşdür və artıq dönməsi çox nadir olaraq görülür. Bu həftədən sonra həkiminiz sizi hər həftə görmək və sizin və körpənizin vəziyyətini qiymətləndirmək istəyə bilər. Bu həftələrdə kilo artımınız (həm körpənin həm də sizin) çox sürətli ola bilər. Həkiminiz uşaqlıq yolundan material (selik) götürərək qrup B Streptokok infeksiyasını daşıyıb daşımadığınızı araşdırmaq istəyə bilər. Bu həftələrdə qarınınızın üst qismində bir boşluq və rahatlama hiss edə bilərsiniz. Bu körpənizin doğum kanalına doğru endiyini ifadə edir. Mədənizdəki basqı ortadan qalxacağı üçün iştəhanız yenidən açıla bilər. Bənzər şəkildə ağciyərlərinizdəki təzyiq də olmayacağından nəfəs alıb verməniz asanlaşar. Sidiyə çıxma körpənin sidik kisəsini sıxması ilə əlaqədar eynilə hamiləliyinizin ilk dövrlərindəki kimi yaxşıca artacaq. Körpənizin hərəkətləri çöldən rahatlıqla izlənilə bilər. Zaman zaman qarnınızın bir bölgəsində birdən bir yüksəliş hiss edə bilərsiniz. Körpənizin hərəkətləri döş qəfəsinizin altında sizə ağrı verə bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri