Hamiləlik zamanı hansı kosmetikadan istifadə etmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 861
Səs ver:
(səs: 2)
Hamiləlik dövründə dərimiz olduğundan daha yaxşı və ya həm də daha pis ola bilər. Hormonal dəyişikliklərə görə səpgilər, yağlılıq yarana bilər.…
Orqanizmimiz özünü necə aparacaq, deyə, qabaqcadan proqnoz vermək mümkün deyil. Amma baş verən dəyişikliklərə dəriyə qulluğu uyğunlaşdırmaq lazımdır. Ola bilər ki, kəskin və gözləgörülən dəyişikliklər olmayacaq, amma bu o demək deyil deməli ki, siz hamiləlikdən əvvəlkii kosmetikadan istifadə edə bilərsiniz. Üztəmizləmə və nəmləndirmə vasitələrini alarkən əmin olmaq lazımdır ki, onların tərkibində hormonal və heyvan mənşəli əlavələr, spirttərkibli maddələr, sintetik yağlar və paraben daxil deyil.
Hipoallergen və müalicəvi kosmetikadan istifadə etmək hamısından yaxşıdır. Qulluq və təmizləmə üçün Lierac, Bioderma, Clinique, Vichy, La Roche Posay, Weleda, Lavera, Logona kimi markalara müraciət edə bilərsiz.
Əgər sizin hamiləliyinizin böyükhissəsi yaz-yay aylarında keçirsə, onda çox əhəmiyyətlidir ki, kremlərinin tərkibində SPF olsun, çünki hamilə qadınların dərisi piqment ləkələrinin yaranmasına meyillidir və bu həm də hormonal fonun dəyişikliyi ilə bağlıdır.
Dekorativ kosmetikaya gəlincə, onun istifadəsini minimuma yaxınlaşdırmaq lazımdır. Aydındır ki, dekorativ kosmetika maksimal təbii olmalıdır. Çünki, kosmetikada olan kimyəvi maddələr qadın orqanizminin maddələr mübadiləsinə və ana südü vasitəsilə uşağa ziyan edə bilərlər.
Kirpiklər üçün maskara hipoallerqen olmalıdır və suyadavamlı olmamalıdır. Dodaq boyasının yerinə dodaqlar üçün parıltılardan istifadə etmək daha yaxşıdır. Əgər siz məhz pomadasız keçinə bilmirsinizsə, onu gigiyenik balzamdan sonra çəkin. Onda dodaqlar daha az quruyacaq və çatlayacaq. Pomadanın və parıltının seçimi vaxtı çox parlaq çalarlardan və güclü ətirli variantlardan uzaq olmağa çalışın. Çünki bu amillər məhsulun allergiya yaradacağına zəmindir. Gözlər üçün layneri karandaşla əvəz etmək daha yaxşıdır ki, gözün selikli qişası iltihablanmasın. Yalnız lazım olduqda kirşandan və tonal kremindən istifadə etmək lazımdır. Dərinizə istirahəti verməyə çalışın və ehtiyac olmayanda makiyajı etməyin. Makiyajı evə gələrkən dərhal təmizləyin.
Dırnaq üçün lboyaların tətbiqinə gəlincə, hamiləlik zamanı ən böyük ziyanı dırnaq boyası yox onun çəkərkən və ya silərkən ayrılan kimyəvi qoxunun udulması verir.
Əgər 9 ay ərzində siz yalnız gigiyenik manikürlə keçinə bilərsinizsə - çox gözəl. Əgər yox, onda tərkibində aseton olmayan təmizləyicilərdən istifadə edin.

Səma Abiyeva
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri