Hamiləlik dövründə daha rahat yatmağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 528
Səs ver:
(səs: 0)
Yastıqların sehri
Həkimlər hamiləlik müddətində uzanmağı tövsiyə edirlər (xüsusən də sol tərəfə). Bu prosesdə yastıqlar da sizə çox köməkçi olacaq. Sola dönəndən sonra bir yastığı ayaqlarınızın arasına qoyun, bir başqa yastığı kürəyinizə və ikisini də boynunuz və başınıza qoyun.
 
Kitabların yaratdığı diqqət dağınıqlığı
Hamilə və hamiləliklə əlaqədar tapdığınız hər kitabı oxumaq istəyirsiniz. Bu çox normaldır amma oxuduqlarınız sizi narahat edən və yuxunuzu qaçıran şeylər olmamalıdır. Sizi narahat edən, həyəcanlandıran kitabları çarpayınızın yanına qoymayın və yatmazdan bir saat öncə bu tip kitabları oxumayın.
 
Daha az su için
Hamiləlik zamanı tez-tez ayaqyoluna getmək ehtiyacı hiss edilir. Bu səbəbdən gecələr oyana bilər və sakitləşdirici yuxudan məhrum qala bilərsiniz. Bunun qarşısını almaq üçün gün ərzində içə bildiyiniz qədər su için və axşamlar saat 17:00-dan sonra su içməyi azaldın. Beləliklə, gecələr daha rahat yatarsınız.
 
Musiqi dinləyin
Gözlərinizi bağlayın və sizi rahatlaşdıran musiqilərə qulaq asın.
 
Ətirli yağlar
Qızçiçəyi, lavanda kimi ətirli yağlar yatmanızı asanlaşdırar. Yastığınıza bir-neçə damcı tökə bilərsiniz.
 
Sürətli və isti duş qəbul etmək
Yatmadan əvvəl sürətli və isti (çox da isti olmamalıdır) duş qəbul etmək sizə yaxşı təsir edəcək və asanlıqla yuxuya getməyinizi təmin edəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 528
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri