Hamiləlikdə ürəkbulanma çarələri

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
Hamiləliyin xüsusən ilk aylarında müşahidə olunan ürəkbulanmalarını azalda biləcək içkilər, şirələr və dəmləmələr kifayət qədər effektivdir.

Bu vasitələri sizə təqdim edirik.
1. Alma şirəsi.
 
2. Badam südü. Çox faydalı içkidir, orqanizmi möhkəmləndirir, sakitləşdirir.
  
Hazırlanması:
- 30 badam ləpəsi götürülür (şirin badamdan istifadə edin).
- Badamın üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə saxlanır, qabıqları soyulur.
- Badamı blenderə tökürük, üzərinə 100 ml qaynanmış su əlavə edirik, blenderdə yaxşı əzirik.
- Alınmış badam südünü tənzifdən süzürük, üzərinə 200 ml inək südü əlavə edirik, qarışdırırıq.
- Südə 1 çay qaşığı bal və bıçağın ucunda darçın əlavə edirik, qarışdırırırq və içirik.
Badam südünü hər gün 1 stəkan olmaqla içmək olar.
 
3. Limonlu su. İlıq suya 1/2 limon sıxın və kiçik qurtumlarla için. Suya bal da əlavə etmək olar.
4. Kokos suyu
 
5. Alma sirkəsi, su və bal qarışığı. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi və 1 çay qaşığı bal əlavə edin, qarışdırın və için.
 
6. Bananla smuzilər.
 
7. Nanəli çay. 4-5 təzə nanə yarpağı 1 fincan qaynar suda dəmləyin və qəbul edin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri