Hamilələrə məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 849
Səs ver:
(səs: 0)
Qadın vücudu hamiləlik zamanı böyük dəyişikliyə uğrayır. Çəki artımıyla yanaşı vücudda çatlar artır. Yorğunluğa görə özünə qulluq etməyə vaxt tapmayan hamilə qadınların bu halı onları depressiyaya salır.

Hamilə qadın susuzluq hiss etməsə də, gün ərzində səkkiz – on iki stəkan maye qebul etməlidir. Yayın isti aylarında hamilələr bəzi nüanslara fikir verməlidir. Hamilələrin təmiz havada gəzintiyə çıxması çox vacibdir. Lakin isti havalarda hamilələr çalışmalıdır ki, axşamın sərin saatlarında gəzintiyə çıxsın və çıxarkən, özləri ilə bir şüşə sərin su götürsünlər. Narahat olduğunu hiss edən hamilə qadın, üzünü, boynu soyuq su ilə islatmalidir.. Həddindən artıq isti zamanı orqanizmdə sintez olunan hormonlar dərinin günəş şüalarına qarşı həssaslığını artıraraq əsasən üz, qarın və süd vəzilərində qəhvəyi rəngdə ləkələrin əmələ gəlməsinə səbəb olur . Bundan əlavə, ultrabənövşəyi şüalar və güclü isti ana bətnindəki uşaq üçün də zərərli olduğundan, günəş vannası qəbul etmək hamilələrə məsləhət görülmür. Gündən qorunma kremləri və panamalardan istifadə etməklə, ləkələrin əmələ gəlməsinin qarşısını almaq olar. Həmçinin çox isti hava zamanı hamilələr pambıq və yumşaq parçadan tikilmiş geyimlərə üstünlük verməlidir. Qarın nahiyəsinə yapışan dar şalvar və digər növ dar geyimlər geyinmək məsləhət deyil.

Uşaqların ilk duyduğu səs ana ürəyinin ritmidir. Ananın ürəyinin ritmi körpələrdə bütün ömür boyu sakitləşdirici özəlliyin təməlini qoyur. Buna görə ana bətnində musiqi ritmiylə sakitləşən uşaq doğulduqdan sonrakı həyatını da musiqiylə davam etməklə daha sakit, ağıllı bir uşaq olur.

Hormonal dəyişikliklə bağlı cilddə yağlanma, tüklənmə və sızanaqlar ola bilər. Bunlar üçün istifadə edəcəyiniz krem və lasyonlarla bağlı həkimlə məsləhətləşin və dərmanların körpəyə ziyanlı olub-olmayacağına əmin olun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri