Rahat bir hamiləlik üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 931
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə sağlamlığınıza əhəmiyyət verməniz həm sizə həm də doğulacaq körpəsinin baxımından çox əhəmiyyətlidir. Yalnız fiziki sağlamlığının deyil, ruhi sağlamlığınıza da diqqət etməlisiniz. Sizin sağlamlığınızdan meydana gələ biləcək hər mənfi hadisənin körpənizin sağlamlığını da pis təsir edəcəyini unutmayin.

Gün içində özünüzü çox yormamalıdır. Unutmayın ki, artıq tək deyilsiniz. Ağır şeylər qaldırmaqdan və sizə məcbur fəaliyyətlərdən qaçının.

Siqaret və spirtdən qətiliklə uzaq dayanmalısınız. Həm öz sağlamlığınız, həm də körpənizin sağlamlığı üçün siqaret çəkilən mühitlərdən uzaq dayanmalısınız.

Hamiləlik dövründə nizamlı bir bəslənmə vərdişinə sahib olmanız körpəniz üçün əhəmiyyətlidir. Necə qidalanacağınız mövzusunda Həkiminizdən kömək ala bilərsiniz, onun verəcəyi pəhriz proqramını tətbiq edə bilərsiniz.

Xəstəliklər mövzusunda diqqətli olun. Təmizlik və gigiyena xəstəliklərdən qorunmanızı asanlaşdırır. Xəstə insanlarla təmasda olmayın. Havasız, nəmli, bakteriyaların yaşamasına uyğun mühitlərdə olmaqdan qaçının.

Elmi araşdırmalar körpənin həyat təməllərinin ana bətnində atıldığını göstərir. Buna görə sizin hamiləykən həyata qarşı müsbət olmanız, hadisələr qarşısında sakit olub müsbət davranmanız körpənizin də həyatında optimist olmasını təsir edəcək.

Həkiminizin məlumatı olmadan və nəzarətsiz dərman qətiliklə istifadə etməyin. Unutmayın, sizin alacağınız hər dərman birbaşa və ya bilvasitə yoldan körpənizə təsir edəcək. Buna görə həkiminizin təklif etmədiyi dərmanları istifadə etməyin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri