Hamiləlik dövründə bel ağrıları

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 2 900
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə ən sıx yaşanan problemlərdən biri kürək və bel ağrılarıdır. Hamiləlik müddətində artan bədən ağırlığı; onurğa üzərinə düşən yüklərin artmasına və yük dağılamının dəyişməsinə səbəb olaraq ağrı meydana gətirər. Ayrıca artan hamiləlik hormonlarının, xüsusilə progesteronun təsiriylə bağ toxumada boşalma və əsnəmə təsiri ortaya çıxar. Bu vəziyyətdə onurğanın çöldən gələn təzyiq qarşısında müqaviməti azalar. Bütün bu səbəblərdən ötəri, hamiləlik dövründə, onurğa sağlamlığı hamilənin həyat keyfiyyətinin ən əhəmiyyətli təyin edicilərindən biri olmaqdadır.

Hamiləlik əsnasında bel ağrısı yaşamamaq üçün;
-Dikdaban ayaqqabılardan uzaq durun,

-Dik oturun və oturarkən bel boşluğunu ortopedik bir yastıqla dəstəkləyin,

-Ayaq üstə qalmanız lazım olduğunda tez-tez ayaq dəyişdirərək ağırlığınızı digər tərəfə köçürün, mümkünsə bir ayağınızın altına pillə qoyun ya da bir yerə söykənin,

-Yerdən bir şey götürərkən dizlərinizlə çöməlin,

-Yatarkən ortopedik yataq istifadə edin, yan tərəfiniz üstündə yatın, dizlərinizi yüngülcə qarınınıza doğru çəkin və hər iki dizinizin arasına yastıq qoyun,

-Hamiləlik boyunca həkiminizin təklif etdiyi kilonun üzərinə çıxmayın və təklif edilən məşq proqramını nizamlı olaraq tətbiq edin.

-Hamiləlikdə məşqlərə 4. ayda başlanmalıdır. Beləcə kürək və bel ağrıları azalar, qasıq ağrıları daha az ortaya çıxar.

Hamiləlikdə bel ağrılarına qarşı edilə biləcək məşqlər:
-Kürək üstü yataraq, bir qıçınızı dizi qırmadan 45 dərəcə yuxarı qaldırın və yavaşca aşağı endirin.

-Kürək üstü yatıb dizlərinizi yüngülcə qırın, əllərinizi hər iki yanda ovuc içi yerə gələcək şəkildə qoyub yerə basdırın, 10′a qədər sayın.

-Kürək üstü yatın dizlərinizi yüngülcə qıvırın, başınızı qaldırıb dizlərinin üzərindən qarşıya baxın. Bu hərəkəti 10 dəfə təkrarlayın.

-Kürək üstü yatın dizlərinizi yüngülcə qıvırın, belinizi yerə doğru basdırıb 10′a qədər sayın. Bu hərəkəti 10 dəfə təkrarlayın.

-Əlləriniz və dizlərinin üzərində iməkləmə mövqesinə keçin; əvvəl bir qıçınızı arxaya doğru uzadın, 10 dəfə təkrar edin, sonra digər qıçla bu hərəkəti təkrarlayın.

-Əlləriniz və dizlərinin üzərində iməkləmə mövqesinə keçin; belinizi çuxurlaşdırıb donqarlaşdırın, 10 dəfə təkrar edin,

-Bardaş qurun, əllərinizi sinənizin qarşısında birləşdirib güclü bir şəkildə çəkin, 10 dəfə təkrarlayın

-Bardaş qurun, əllərinizi sinənizin qarşısında qovuşdurun güclü bir şəkildə itələnin, 10 dəfə təkrarlayın.

İndiki vaxtda sağlam həyat vərdişlərinin inkişafı və estetik qayğının artmasıyla birlikdə hamiləlik dövrünün sağlam keçməsi də əhəmiyyət qazanmaqdadır. Bu səbəblə hamiləlik əvvəli dövrdə bəslənmə və idman vərdişləri bir həkim tərəfindən qiymətləndirilməlidir. Hamiləlik əvvəli və hamiləlik sırasındakı sağlamlıq problemləri, məşq xüsusiyyətinə bir başa təsir edəcək.

Edilən məşqlər doğum sonrası sallanmaları azaldar, sidik tuta bilməmə problemlərini azaldar. Doğum sonrası ananın bədən sağlamlığı və psixoloji baxımdan yığışması asanlaşar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 900
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri