Hamilə qadın psixologiyası

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 775
Paylaş:
Səs ver:
(səs: 1)
Hamiləlik hər qadın həyatının mühüm mərhələsidir. Bu mərhələni yaşayan hər qadın fizioloji dəyişikliklərə məruz qaldığı kimi psixoloji dəyişiklərə də uğrayır.

Hamilə qadın bu duyğuları eyni anda yaşadığına görə özünə dəstək axtarır. Nəticədə onun özünə olan güvəni aşağı düşür. Nəticədə onların bir qismində paranoidal hallar ortaya çıxır. Sevinc və narahatlığı eyni anda yaşayırlar. Yoldaşından yetəri qədər qayğı, sevgi görməyən hamilə bir qadın özünü boşluqda hiss edir.

Hamilə qadınların 80%-i çox həssas olurlar. Hormonal dəyişiklik hamilə qadında psixoloji narahatlığa səbəb olur. Bu səbəblə onlar daha həssas, daha əsəbi olur və onları narahat edən fikirlər ortaya çıxır. Normalda önəmsəmədiyi mövzuları böyüdərək daha dramatik hala gətirir. Bu səbəbdən yoldaşlarına onlara dəstək olmağı məsləhət görür və eləcə də bu dönəmin qısa bir zamanda keçəcəyi ona xatırladır. Ümumiyyətlə hamiləlik dövründə qadın 3 mərhələdən keçir:

0-3 ay – onlar uşağı hiss edə bilmədiyindən çox narahat olub, stress keçirirlər. Düşüklərin çoxu əsasən bu aylarda baş verir və təcrübəsiz ana daha narahat olur.

3-6 ay – uşaqda zehni mərhələnin inkişafının başladığı bir dönəmdir. Doğum öncəsi ana xarici dil öyrənmək, rəssamlıq və özfəaliyyətlə məşğul olsa uşaq o sənətə daha meyilli olar. Ana bu dönəmdə həzin musiqiyə qulaq assa, təbiət qoynunda zaman keçirib, quşların səsini dinləsə uşaq dünyaya gələndən sonra rahat yatacaq. Ana həyəcanlandıqda və qorxduqda həyacan, qorxu hormonları qana ifraz olunur və uşağa təsir göstərir.

6-9 ay – 7-ci aydan sonra uşaq xaricdən daxil olan səsləri eşidir və dünyaya gəldikdən sonra səsini eşitdiyi şəxsləri tanıyır. Ananın bədənindəki dəyişikliklər və doğumun yaxınlaşdığı dönəm gəlib çatır. Qadın özünü artıq qadın kimi yox bir ana kimi hiss edir. Evlilikdə ər-arvad rolları ana-ata rolları ilə əvəzlənir. Bu dövr çox önəmli və həssas dövrdür. Özəlliklə, ana qorxularını, narahatlıqlarını, təşvişini yoldaşı ilə paylaşmalıdır. Ana və ata ailə olaraq məsuliyyətlərini birlikdə öz üzərlərinə götürməlidirlər. Yoldaşının dəstəyini hiss edən qadın duyğusal olaraq özünəgüvəni yaranacaq. Ananın sağlam psixoloji durumu övladında əks olunacaq. Yoldaşının dəstəyi ilə birlikdə qadına anası, rəfiqəsi də dəstək olmalıdır. Bu mövzuda daha təcrübəli olan birindən dəstək almalıdır.

Ana bu duyğuları yaşarkən sakitləşmək üçün idman və ya müəyyən bir hobbi ilə məşğul olmalıdır. Bunlar: üzmək, şəkil çəkmək, gitara çalmaq, toxumaq və ya yeni yeməklər bişirməyi öyrənmək, özünə məşğuliyyət tapmaq hamiləliyin çətinliyini ona unutduracaq.

Hamilə qadınının özünə baxması bir qadın olaraq onu ruhlandıracaq. Bunun xaricində isə vaxtında yatmaq, normal qidalanmaq, ilıq düş qəbul etməklə özünə səmərəli zaman ayırmalıdır.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 775
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ay_El
Canim qızım gelsine artiq1 ay qalıb..Gözəlim menimm butun yazılanlarla tamamile raziyam.Düzdür..son bahar baci mende eleyem 09
22 may 2017 20:36
7
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
Gülüş.
allah herkese yasatsin bu hissi.hamilieliyim boyunca eseb sitres meni tek qoymuyub sagolsinlar
21 may 2017 13:35
6
Offline
son bahar
Hamiləliyimde həm cox kövrek olmusdum həmdə davakar kzgn Allah hamilələrə sagliqli can sagliqli kope dua ....etrafindaki insanlarada bol sebr versin 23 Amin
20 may 2017 13:47
5
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
YalniZ-ArZu
Sitat: Barbaris
Hamile xanimlar faydalana biler
20 may 2017 13:13
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Onun_Mələyi
Sanki məni anlatmış birisi)) 1 dəqiqə ərzində həm gülə , həm ağlıya,kədərlənə və sevincli ola bilərəm)) Səbəb?...səbəb yoxdur əslində,durduq yerə gah papitonu qurub oynamaq istəyirəm(oynayıram da))09 Gahda əlimə dəsmal alıb ağlamaq)) Allah bu hissi yaşamağı arzusunda olan bütün qadınlara nəsib etsin08Amindua

Təşəkkürlər paylaşım üçün08
20 may 2017 00:13
3
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
beasloove
Hamilə qadınlar üçün faydalıdır
19 may 2017 23:29
2
Offline
Barbaris
Hamile xanimlar faydalana biler
19 may 2017 19:02
1
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook