"Hamilə qalım, siqareti atacam" - deyənlərə bəd xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 929
Səs ver:
(səs: 1)
Siqaret çəkən xanımlar üçün ən çətin dövr hamiləlikdir. Uşaq sahibi olmağı planlaşdıran və "hamilə qalım, siqareti atacam", - deyən qadınlara pis xəbərimiz var. Uşaq sahibi olmaq üçün siqareti tərgitməniz yetərli olmayacaq. Bunun üçün əvvəldən o çox sevdiyiniz "dumana" əlvida deməlisiniz.

Siqaret çəkən qadınların uşaqlarında immunitet sistemi zəif olur. Bu uşaqlarda tiroid vəz böyüməsi, sümük inkişafı pozğunluqları, damar sərtliyi, təzyiq, köklük və şəkər kimi ciddi xəstəliklər ortaya çıxır.

Hamilə qalan kimi siqareti tərgitməyin heç bir faydası yoxdur. Hamilə qalan və uşağının sağlamlığını düşünən qadınlar siqareti birdəfəlik tərgitməlidir.
Hamilələr qətiyyən siqaret çəkməməli və siqaret dumanı olan yerlərdən uzaq durmalıdırlar. Sadəcə anaların deyil, ataların da bu məsələyə ciddi yanaşması və uşaq planlaşdırılan andan siqareti atması vacibdir.
Siqaret çəkilən ailələrin uşaqları daha erkən yaşlarda siqaret çəkməyə meylli olurlar.

Siqaret menstruasiya pozğunluğu, cild xəstəlikləri və tez yaşlanmaya səbəb olur. Siqaret çəkən qadınlar erkən menopauza keçirir. Siqaretlə yanaşı doğuş həbləri istifadə edən qadınlarda ürək xəstəliyi riski artır. Gündə 1 qutu siqaret çəkən qadında ağciyər xərçəngi riski 20 faiz artıq olur. Bu qadınlarda sonsuzluq riski də yüksəkdir. Siqaret istifadəçisi olan analarda südün miqdarı da az olur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri