Hamiləlikdə ağız və diş sağlamlığının pozulması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 522
Səs ver:
(səs: 0)
Hamiləlik bir qadının ən xüsusi dövrlərindən biridir. Bədəninizdə öz canınızdan bir parça böyüyərkən, metabolik olaraq da bir çox dəyişikliklər meydana gəlir. Hormonal dəyişikliklər, fiziki xüsusiyyətlərinizi dəyişdirərkən bir yandan da duyğusal olaraq sizlərə təsir etməkdədir.

Diş həkimi və Ortopedi mütəxəssisi həkim Burak Büyüktürk, bu dövrdəki, xüsusilə, hormonal dəyişikliklər ağız və diş sağlamlığına təsir etdiyini ifadə etdi. Cəmiyyətdə hamiləliyin diş itkisinə səbəb olması düşüncəsini Diş həkimi Burak Büyüktürk haddında bunları söylədi:

"Hamiləlik diş itkisinə bir başa səbəb olmur, lakin bu dövrdə lazımlı qədər olmayan ağız baxımı səbəbi ilə diş əti xəstəlikləri və diş çürümələri yaranır. Digər bir məsələ isə uşağın kalsium ehtiyacını anadan alındığı üçün, dişlərin çürüdüyü düşüncəsidir. Lakin bu düz deyil. Çünki körpə anadan kalsium ehtiyacını əvvəlcə ananın yediyi qidalarla qarşılayır. Ana, körpə və özü üçün alınması lazım olan günlük kalsium miqdarını ala bilmədiyində kalsium ehtiyacı əvvəlcə dişlərdən deyil sümüklərdən qarşılanır.

Hamiləlkdə ağız suyu və diş sağlamlığının pozulmasının səbəbləri

- Hamiləlik dövründə qidalanma vərdişlərinin dəyişməsi vacib bir faktordur. Xüsusilə, şirin yemək ehtiyacı artanda risk daha çoxalır. Ayrıca qidalanma saatlarının dəyişməsi də diş sağlamlığına təsir edir.

- Ürək bulanma və qusmalar səbəbi ilə dişlərdə aşınma da meydana gəlir. Hormonlardakı artım diş ətlərnə təsir edir. Diş ətlərində şiş, qanama, ağrı yarana bilir. Hamiləlik olduqca uzun bur müddətdir. Hamilə olmadan əvvəl diş həkiminə gedilməməsi, ağız və diş sağlamlığının ehmal edilməməsi, çürük dişlərin müalicəsinin ertələnməsi, diş daşlarının təmizlənməməsi kimi səbəblər, hamiləlik əsnasında çox sıxıntılı dövrlərin yaşanmasına səbəb olmaqdadır.

Hamiləlikdə diş müalicəsi olarmı?

Hamiləliyin ilk 3 ayı körpənin inkişaf dövrüdür və riskli bir dövrdür. Bu dövrdə zəruri hallar xaricində diş müalicələrinindən ümumilikdə qaçınılmaqdadır. Bu dövrdə körpəyə də təsir edə biləcək infeksiya və təcili diş müalicələri həkiminizin də tövsiyələri istiqamətində müalicə edilə bilər. Son 3 aylıq dövr isə hərəkətlərin məhdudlaşdırıldığı bir dövr olduğu üçün qoltuqda uzun müddətli əməliyyat çətindir və hamiləlik sonrasına saxlanılmalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri