Hamiləlikdə sağ tərəfə yatmaq risklidir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 7 178
Səs ver:
(səs: 0)
Yeni Zelandiyadakı Auckland Universitetində aparılan bir araşdırma, hamiləliyin son dövründə sağ tərəfinə, ya da kürək üstü yatan ana namizədlərinin ölü doğuş keçirmə riskinin iki qat yüksək olduğunu ortaya çıxardı. 450 qadın üzərində aparılan araşdırma, sol tərəfinə yatan qadınlarda ölü doğuş riskinin min doğumda 1.96 faiz, sağ tərəfinə, ya da kürək üstü yatlarda isə 4ün üzərində olduğunu ortaya qoydu. Araşdırma çərçivəsində 28inci həftədən sonra ölü doğuş edən qadınlara həyat tərzləri ilə bağlı suallar da verildi və verdikləri cavablar sağlam uşaq dünyaya gətirən anaların cavabları müqayisə edilib. Gecələr bir dəfə və ya daha az tualetə qalxan qadınlarda ölü doğuş riskinin iki qat daha çox olduğu müşahidə olunub. Gün içində nizamlı olaraq yatan qadınlarda da risk daha yüksək çıxdı.

AYAQLARDAKI QAN AXININI AZALDIR
Nəticələr ölü doğuş riskini artıran yaş, siqaret vərdişi, bədən kütlə indeksinin yüksək olması kimi amillər nəzərə alındıqda da dəyişmədi. Tədqiqatçılara görə, kürək üstü və ya sağ tərəfə yatmaq, ayaqlardakı əsas damarlardan ürəyə olan qan axınını azaldır və bu da ana bətnindəki körpəyə təsir edir. Araşdırmaya qatılan Doktor Lusi Chapel, Hamilə qadınların dörddə birinin instinktiv olaraq sol tərəfə yatdığını və instinktiv olaraq olan mövqeyin körpə üçün ən yaxşısı olduğunu dedi. Ancaq doğru yuxu mövqeyinin ölü doğumlara tamamilə mane olmayacağını ifadə edən Chappel, ana namizədlərinin digər risk amillərinə diqqət etməli mövzusunda da xəbərdarlıq etdi.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 7 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri