Uşaqların
geyimi onların yaşına uyğun olmalıdır.1 yaşına qədər uşaqlar adətən
digər yaşdakılara nisbətən çox surətlə böyüyürlər,ona görə də onların
geyimi ilk 6 aylığa qədər olan dövrə uyğun olmalıdır.
Bir
gün ərzində yenidoğulmuşun 20-25 dəfəyədək sidik,3-5 dəfəyədək nəcis
ifraz etdiyini nəzərə alaraq onun üçün aşağıda göstərilən miqdarda geyim
dəsti hazırlamaq lazımdır.
Açıq yaxa köynək-nazik-6-8 ədəd
Isti-6 ədəd
Yaxası bağlı köynək-6 ədəd
Nazik əski(100x100 sm ölçüdə)-24 ədəd
Qalın əski(100x100 ölçüdə)-12 ədəd
Aralıq əskisi(50x50 ölçüdə)-24 ədəd
Nazik adyal-2 ədəd
Yun adyal-2 ədəd
Əskilərin,köynəklərin
yumşaq,rütubəti özünə tez hopduran parçadan,yaxşı olar ki,işlənmiş ağ
rəngli pambıq,kətan parçadan tikilməsi məsləhətdir.Bu məqsədlə
sintetik,ipək və s.parçalardan istifadə etmək məqsədəuyğun deyil,onlar
körpənin hələ zərif olan dərisinin qıcqlanmasına,allergik dəyişikliklərə
səbəb olaraq dərinin tənəffüsdə iştirakını məhdudlaşdırır.
Ümumiyyətlə,körpənin
geyimi sadə,rahat,yüngül,mövsümə uyğun olmalı,onun hərəkətinə və
tənəffüsünə çətinlik törətməməli,uşağın bədəninin həddət çox qızmasına
və ya soyumasına imkan verməməlidir.Çağanı sıxmaması,əzməməsi üçün
köynək və paltarlarda düymə,rezin,qaba tikiş və sırıqlar
olmamalı,köynəklərin yaxası bir-birinin üstünə aşırmaqla
bağlanmalıdır.İlk günlər körpəni rahat geyindirmək üçün
açıqyaxa,sonralar isə yaxası bağlı köynəklərdən istifadə olunur.Köynəyi
əvvəl uşağın bir,sonra isə o biri qoluna keçirib,yaxasını arxada
bir-birinin üstünə aşırmaq lazımdır,digər köynək isə uşağa yaxası önə
olmaqla geyindirilir.İlin fəslindən asılı olaraq,körpəyə isti,yada nazik
köynək geyindirilir.Təzə alınmış köynək və əskiləri istifadə etməzdən
qabaq yumaq və ütüləmək məsləhətdir.