Anaların uşağın əmziyini öz ağızlarına salması təhlükəlidirmi?

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 2 289
Səs ver:
(səs: 0)
Analar çox zaman körpəsinin əmziyi yerə düşdükdə avtomatik olaraq yumağa imkan olmadıqda onu öz ağızlarına salaraq təmizləyib, yenidən körpənin ağzına qoyurlar.

Çoxlarına gigiyenik görünməsə də, əslində mütəxəssislərin fikrincə bu uşağın sağlamlığı üçün xeyirlidir, onun immunitetini möhkəmləndirir.

Qadınla.com bildirir ki, bu istiqamətdə aparılan araşdırmanın nəticəsi Sietldə keçirilən "Allergiya, astma və immunologiya" konfransında açıqlanıb. Alimlər 128 ana arasında uşaqların əmziklərininecə təmizləmələri ilə bağlı sorğu keçiriblər. Onlardan əmziyi qaynar suda, qabyuyanmaşında, axar suda sabunla və yaxud da ağızları ilə təmizlədiklərini soruşublar.

Mütəxəsislər həmçinin uşaqların qanlarında olan E immunoqlobulinin miqdarını da ölçüblər. Bu immunoqlobulin müxtəlif allergiyalar və astma ilə bilavasitə əlaqədardır. Bu maddənin qanda miqdarı nə qədər çox olsa həmin xəstəliklərin inkişaf riski də bir o qədər yüksək olur.

Araşdırma göstərib ki, əmziklərini ağızları vasitəsilə təmizləyən anaların körpələrində E immunoqlobulinin səviyyəsi digər uşaqlarla müqayisədə daha aşağı idi. Bu hal ananın tüpürcəyi ilə uşağın ağız boşluğuna bakteriyaların düşməsi səbəbindən onların immunitetlərinin inkişaf etməsiylə əlaqəli ola bilər.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 2 289
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri