Uşaq xəstə olanda ən tez-tez edilən 3 SƏHV

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 2 760
Səs ver:
(səs: 0)
Ailə uşağın xəstələnməsi böyük həyacan və narahatçılığa səbəb olur.

Qadınla.com bildirir ki, lakin bundan qorxmaq və təşvişə düşmək lazım deyil. Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla "qöruşəndə" inkişaf edir, möhkəmlənir, daha mükəmməl olur. Bu təbii fizioloji prosesdir. Pediatrların fikrinə görə, hər bir uşağın 1 il ərzində 4-5 dəfə xəstələnməyə "hüququ" var. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.

Təəssüf ki, bir çox valideynlər soyuqdəymə və qripp zamanı uşağa düzgün baxım qaydalarını bilmir və bu kimi səhvlər edir:

1. Qızdırması olan uşağı isti otaqda saxlmaq, üstünü isti yorğanla örtmək və s. Bu yalnız hərarətin artmasına, uşağın vəziyyətinin daha da ağırlaşmasna gətirib çıxardacaq. Əksinə otağan temperaturanı aşağı salmaq, uşağı yüngül geyindirmək, üstünü yüngül örtmək lazımdır.

2. Həkimlə məsləhətləşmədən uşağa antibiotiklər vermək. Bu çox yayılmış və ciddi səhvdir. Soyuqdəymə və qripp xəstəlikləri virus tərəfindən törədilir ki, antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həkim tərəfindən və buna ciddi səbəb olanda uşağa təyin edilir. Səbəbsiz qəbul olunan antibiotik orqanizmə yalnız ziyan vurur.

3. Xəstə uşağı zorla yedizdirmək, kalorili yeməkləri vermək. "Uşaq yaxşı yesin ki, sağalsın" kimi fikirlər yalnışdır. Əksinə xəstəlik zamanı uşağın yeməyi yüngül və duru olmaldır. Uşaq yemək istəmirsə, onu zorla yedizdirməyin, ona bol maye verin. Bu uşağın vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri