Ağızdan nəfəsalma

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 140
Səs ver:
(səs: 0)
Ağızdan nəfəsalma naxoşluğun və ya zərərli adətin əlaməti ola bilər. Burundan normal nəfəsalmada hava tozdan filtirlənir, istilənir (və ya soyuyur, ətraf mühitin temperaturundan asılı olaraq) və nəmlənir. Müntəzəm olaraq ağızdan nəfəsalma dodaqları və ağızın selikli qişasını qurudur, bu da ki, çatların əmələ gəlməsinə və infeksiyanın düşməsinə şərait yaradır.

Adenoiditlər: Udlağın arxa divarında limfa toxumalarının böyüməsini (badamcıqlar) adinoiditlər adlandırırlar («Limfa düyünlərinin böyüməsi» bölməsinə bax). Badamcıqlarının böyüməsi boğaz və burunun nəfəs yollarının xroniki soyuqdəyməsi ilə bağlıdır. Adenoiditlər havanın burundan keçməsinə, xüsusilə də yuxu zamanı, mane ola bilərlər. Bu uşaqda halsızlıq, dodaqların və ağız boşluğunun quruması, udlağın soyuqdəyməsi, daimi zökəm, yuxuda xoruldamaq, “tıntınlıq” kimi hallara gətirir və nəfəsalma çətinləşir. Uşaq həm də öskürək, orta qulağın xroniki soyuqdəyməsi, dadbilmə qabiliyyətinin pozulmasından da əziyyət çəkir. Ağızın daimi açıq olması səbəbindən üzdə ifadəsiz baxış əmələ gəlir.
Yardım: Uşağı qulaq-burun-boğaz həkiminə (həkim – otolarinoloq) göstərmək vacibdir. Adenoiditləri konservativ (dərman vasitəsi) və ya cərrahi üsulla müalicə edirlər.

Allergik zökəm: Ağızdan nəfəsalma burunun selikli qişasında əmələ gələn allergiyanın nəticəsi ola bilər. Mövsümi (fəsli) allergiyada (pollinos) antigen allergen bitkilərin tozudur. Digər hallarda allergiyaya süd, yumurta, balıq və digər ərzaq məhsullarının, dərman, bakteriya, parfümeriya antiqenləri səbəb olur. Simptomlara burunun və gözün selikli qişalarının qıcıqlanması, asqırmaq, burundan çoxlu seliyin axması və gözlərin yaşarması da daxildir.
Yardım: Birinci növbədə uşağı allerqen mənbəyindən təcrid etmək lazımdır. Qidada allergiyaya səbəb olan ərzaqları istifadə etməmək. Uşağı mümkün qədər allergiyanı əmələ gətirən bitkilər olmayan yerə aparmalı («Zökəm» bölməsində «Allergik zökəmə» bax ).

Burun çəpərinin inkişafı deffektləri: burun çəpərininnin gözəçarpacaq dərəcədə əyruliyi bir və ya iki tərəfli burunla nəfəsalma çətinləşir. Ağızdan nəfəsalmanın nəticəsində uşaq daima ağız boşluğunda quruluq hiss edir, tez – tez zökəm, baş ağrıları, burun qanaxması, qoxu hissiyatının pozulması (iybilmə) kimi vəziyyətlərdən əziyyət çəkir. Buruna toxunma belə ağrı verir.
Yardım: uşağın burun çəpərinin defektinin aradan götürülməsi üçün kosmetik əməliyyata ehtiyyacı var.

Burunda yad cisim: kiçik yaşlı uşaqların buruna düymə, tum, kürəcik və sairə kimi kiçik əşyaların sala bilməsi hallara rast gəlmək olur. Bu zaman ağızdan nəfəsalmadan əlavə burunun selikli qişasının qıcıqlanması nəticəsində çoxlu ifrazat axır. Burundan gələn ifrazat pis iyli və qanlı olur.
Yardım: birtərəfli burun keçəcəyindən yad cismin çıxarılması üçün həkim otolarinoloqun köməyi vavibdir. Bunu özünüz etməyə çalışmayın çünki, bu zaman yad cisimi daha da dərinliyə, nəfəs yollarına itələyə bilərsiniz.

Burunda urlar: selikli qişa üzərində xoş xassəli şişlərdir. Ağızdan nəfəsalmadan əlavə burundakı urlar, xroniki zökəm, asqırmaq, baş ağrıları, iybilmə qabiliyyətin pisləşməsi ilə özünü büruzə verir. Uşağın burnundan daima selik axır.
Yardım: urlar ancaq cərrahi yolla çıxarılır.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 140
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Agizdan nefes alanlarin mence burunlarinda problem var demeli. Agizdan nefes almiram.
17 aprel 2019 21:03
5
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
❤Ə❤CANAN❤G❤
Qrip olanda agizdan nefes aliram.Normal vaxtda yox.
16 aprel 2019 22:47
4
canan qizim sirin seker qizim.
Offline
Ahu
Usaqlar qrip olanda agizdan nefes alirlar. Imkan vermirem. Maska istifade etdiriremki bogazi qiciqlanib oksurmesin hemde etrafa yaymasin.
16 aprel 2019 16:09
3
Offline
vipbetul
faydali melumat oldu
16 aprel 2019 15:22
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Məndə usaqliqdan ağızdan nəfəs alıram burundan alanda elə bil havam çatişmir
16 aprel 2019 14:15
1
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri