Uşağın immunitetini gücləndirmək üçün nə etməli?

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2379
Səs ver:
(səs: 1)
Tanınmış ukraylanı pediatr Evgeniy Komarovskiy uşaqların immun sistemini möhkəmləndirmək üçün bəzi tövsiyələr verib.

Həkimin sözlərinə görə, apteklərdə satılan çoxlu sayda “immunitet dərmanları” heç bir işə yaramır: “İnsanın ümumi immunitetini möhkəmləndirmək mümkün deyil və bunun üçün heç bir preparat yoxdur və ola da bilməz. Bəli, hər hansı konkret infeksiyaya qarşı immuniteti möhkəmləndirmək mümkündür. Bunun üçün vaksinasiya (peyvəndlər) mövcuddur. Vaksinasiya uşaqları bir neçə infeksiyadan (məsələn, epidemik parotin, qızılca, məxmərək) qoruya bilər. Lakin immuniteti dünyada olan bütün infeksiya, virus və mikroblara qarşı hər hansı bir dərmanla gücləndirmək real deyil.”

Həkimin sözlərinə görə, uşaqların tez-tez xəstələnməsi normaldır və bu da onların immuniteti məşq etdirir. Uşağın tez-tez xəstələnməyi zəif immunitetidən xəbər vermir. Lakin əgər uşaq uzun müddət ərzində sağalmır, adi soyuqdəymə hər dəfə müxtəlif ağırlaşmalar (angina, ağciyər iltihabı və s.) verirsə, bu o deməkdir ki, uşağın immunitetini gücləndirmək lazımdır. Ancaq bu halda da dərman deyil, düzgün qidalanma, rejim, açıq havada gəzintilər, normal yuxu, idman kömək edəcək.

Həmçinin Komarovsiy qeyd edib ki, yaxşı immunitetin vacib qaydası bağırsaqların normal işləməsidir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2379
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Usaqlarda imunitet zeifliyi cox pisdir.Usagin imunitetini nizama salmaq lazimdi
2 mart 2020 20:43
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri