Uşaqlarda yuxu hansı səbəblərdən pozulur?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 451
Səs ver:
(səs: 1)
"Kiçik yaşlı uşaqlarda yuxu pozğunluğunun səbəbləri araşdırılmadan bir çox valideynlər "yuxu dərmanı" yazılması üçün həkimlərə üz tuturlar. Bu, çox yanlış tendensiyadır".

Qadınla.Com bildirir ki, pediatr, uzman həkim Ülvi Əliyev açıqlayıb. Mütəxəssis bildirib ki, uşaq və yeniyetmələrin 20-25%-dən çoxu yuxu problemi yaşayır. Onun sözlərinə görə, anada olan depressiya, evdən ayrılma, bağçaya getmə və ya dayə nəzarətində olma, televiziya və telefondan çox istifadə, südəmər körpələrdə erkən əlavə qidalanma yuxu probleminə rəvac verə bilər. Problemin yuxuya getmək, yuxunun kəsilməsi və ya hər ikisinin birgəliyi formasında təzahürü mümkündür.
Pediatr qeyd edib ki, astma, inkişaf ləngiməsi kimi problemlər yuxunu daha çox pozur.

Onun sözlərinə görə, axşamlar qəhvə, çay istifadəsi, qaranlıq otaqda telefon işığı melatonin hormonunu azaldaraq yuxunu poza bilər. Həkim onu da bildirib ki, keyfiyyətli yuxu uşağın həyatında böyümə fiziki və zehni inkişaf üçün çox vacib komponentlərdən biridir. 3-12 aylıq körpələr 9-12 saatlıq gecə yuxusu və 30 dəqiqədən 2 saatadək 4-dək gündüz yatmalıdırlar.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri