Uşağınız udma çətinliyi yaşaya bilər

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 614
Səs ver:
(səs: 0)
Əlamətləri nələrdir

Körpə çox qusur və yediklərinin çox azını mədəsinə göndərirsə o zaman bəzi şeylərdən şübhələnilər. Çox kiçik uşaqların yemək yeyərkən bədəni sıxılar. Uda bilmədiyi üçün dəyişik konsistensiyadakı yeməkləri rədd edər. Məsələn uşaq, içində düyü olan şorbalar kimi iki fərqli konsistensiyanın bir yerdə olduğu yeməklərlə çətinlik yaşaya bilər, dişləyə və udma müddəti uzandığı üçün qidalanma zamanı uzana bilər, loxmalar ağız kənarından tökülə bilər, qidalanarkən öskürək və böyürmə meydana gələ bilər, doğru nəfəs alıb - verməkdə çətinlik çəkə bilər. qidalanma  sonrasında uşağın çıxardığı səslər yaş və hışırtılı deyil, təmiz və dəqiq olmalıdır. Qidalanma  əsnasında daha dik mövqedə olan uşaq, qidalanmanın dərhal ardından üfüqi mövqeyə gətirilsə, ağızda yığılanlar nəfəs borusuna axa bilər və uşaq bunu hiss edib öskürərək təmizləyə bilməyən bir vəziyyətdə isə ağciyər təhlükə altına girər. Yəni bizlər öskürəyin qüvvətli və yerində olmasını müsbət qiymətləndirərik ancaq çox sayda öskürək də problemlərə işarə edə bilər. Bütün bunların nəticəsi olaraq uşaq kilo ala bilməz, böyüməsi yavaşlayar.

Udma pozğunluqluğunun müalicəsi necə edilir

Dil və danışma patoloqu uşağa və vəziyyətə xüsusi olacaq şəkildə müəyyən işlər planlar. Bunlar ana-ata vasitəçiliyi ilə etdirilməsi lazım olan mövqeləmələr və məşqləri ehtiva edər. Bu məşqlər qidalanma və udma əməliyyatında istifadə edilən əzələ qüvvətini, hissini  və koordinasiyasını inkişaf etdirər. Ayrıca qidalanma və udmağı inkişaf etdirəcək istiqamətdə xüsusi yeməklər, vasitələr və texnikalar öyrədər.

Udmağı inkişaf etdirəcək xüsusi yeməklər nələrdir

Yemək konsistensiyasının seçimi udmanın vəziyyətinə, problemin hansı tərzdə və nə şəkildə ortaya çıxdığına bağlı olaraq ediləcək. Ancaq, sulu yeməklər, hamısı eyni konsistensiyada olan yəni dənələr ehtiva etməyən yeməklər, hissləri oyandıracağı üçün soyuq və turş dadlar seçim edilə bilər. Məsələn, ən sadə görünən su bəzən ən qorxulacaq konsistensiyadır, çünki çox sürətli hərəkət edər, idarəsi çətindir və bütün açıqlıqlardan asanca içəriyə sızar. Ancaq buna qarşı kimyəvi tərkibi qarışıq olmadığı üçün bir infeksiyaya səbəb olsa da  bununla daha asan başa çıxılması gözlənilə bilər.

Ailələr nələr etməli

Uşağınızda udma pozğunluğu olduğundan şübhə edirsinizsə ya da bu istiqamətdə bir diaqnoz qoyulmuşsa udmanın inkişafını qiymətləndirməsi və məşqləri planlaması üçün bir dil və danışma patoloqu ilə görüşməlisiniz.

Körpə və uşaqlarda udma pozğunluqluğunun səbəbləri

-Sinir sistemi problemləri
-Gastrointestinal problemlər
-Erken doğum
-Uşaq salma kilosu
-Ürək xəstəliyi
-Damaq/dodaq yarığı
-Tənəffüs yolunu təsir edən vəziyyətlər

Udma pozğunluqluğu olan uşaqlarda nələr görülə bilər

-Maye itkisi yaşana bilər.
-Kafi qida almaya bilir.
-Loxma nəfəs yoluna qaça bilər. Bu vəziyyət nəfəssiz qalmağa ya da ağciyər infeksiyası inkişafına səbəb ola bilər.
-Tənəffüs yolu infeksiyalarına bağlı olaraq xroniki ağciyər xəstəlikləri inkişaf edə bilər.
-Uşaq cəmiyyətdən uzaqlaşa bilər.

/Mənbə.Qadınlar.biz/ 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri