Körpələr və uşaqlar üçün reseptlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 512
Səs ver:
(səs: 2)
Evdə hazırlanmış körpə yeməkləri reseptləri
Aşağıda verilmiş körpə yeməyi reseptləri körpənizə çoxlu dadda və formada yeməklərin verilməsinə kömək edəcək. Əlavə qidaya keçidin başlanğıcında yeməkləri püre şəklinə salmağı unutmayın və sonradan körpəniz böyüdükcə bərk yeməklərin sayını   tədricən artırın. Bu 12 aylıq olanadək davam edir və daha sonra çağaya uyğun ölçüdə yemək hissələri verə bilərsiniz. Hətta yüngül qəlyanaltılar da sağlam ola bilər. Ələnməmiş un tostunun üzərində makarel hissəsi əla seçimdir, lakin sümüksüz file seçdiyinizdən əmin olun. Qaynadılmış yumurta da vitaminlərin, mineralların və omega-3-ün tez və asan mənbəyi ola bilər. Aşağıdakı reseptlər körpələr üçün dadlı və qidalandırıcı yeməklər hazırlamaq üçündür.

Meyvəli sürpriz
100 q qurudulmuş ərik
Qabığı soyulmuş və hissələrə bölünmüş 2 şaftalı və ya armud

Ərikləri kiçik tavaya qoyun, üzərini örtəcək qədər su tökün və qaynatmağa qoyun. İstiliyi azaldın, bağlayıb və 5 dəqiqə qaynadın. Şaftalı və ya armudu qurudun və əlavə edin. 2 dəqiqə bişirin. Püre. 4 porsiya edir.

Portağal kökü üçlüyü ilə
175g doğranmış kök
175g doğranmış şirin kartof
100g doğranmış pasternak

20 dəqiqə və ya yumşalana kimi qaynadın, 100ml su ilə püre edin. 6 porsiya edir.

Makaron
75g kiçik makaron
50g kub formasında kəsilən yerkökü
50g kub formasında kəsilən qabaq
50g kub formasında kəsilən brokkoli
25g yağ
25g sürtülmüş pendir

Makaron və tərəvəzləri birlikdə 12 dəqiqə və ya yumşalana kimi qaynadın.  Yağı tavada əridin, tərəvəz və makaronu qarışdırın və üzərinə pendiri əriyənə qədər tökün.  Bu 4 porsiya edir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri