Uşağınızın qida rasionunda bir sıra ərzaq qruplarının daxil edilməsi çox
önəmli və olduğu kimi müəyyən ərzaqlar da vardır ki, onların uşaqlara
verilməsindən yayınmaq qəti şəkildə tövsiyyə olunur.
Bu ərzaqlarla yaxından tanış olaq:
Şəkər
Şəkər immun sisteminin əsas zəiflədicisi olduğuna görə, şəkər immun
stimullaşdırıcı (artırıcı) qida rasionuna daxıil edilməməlidir. Hətta
100 qram miqdarında şəkər immun sistemini 50%-dək zəiflətməkdədir.
Amerika Klinik Qidalanma jurnalı hələ 1973-cü ildə şəkərdən istifadədən
yarım saat sonra immun sistemini zəiflətmə effektinin yaranmasını və bu
effektin beş saata qədər davam etməsini artıq məruzə etmişdi.
Saxarozanın (ağ şəkər) istənilən qidalandırıcı maddələrdən məhrumdur.
Bundan əlavə, şəkərin həzmi üçün vacib qidalandırıcı maddələr tələb
olunur ki, bu da uşağın orqanizmində olan qidalandırıcı elementlərin
istehlakına səbəb olur. Şəkər müxtəlif gizli formada mövcud olduğundan
savayı, həmçinin məxsusən uşaqlar üçün hazırlanmış hazır qida
məhsullarının tərkibində var. Əksər uşaq ərzaq istehsalçıları qida
məhsullarında şəkərdən istifadə edir.
Baby Organix tək bir uşaq ərzaq istehsalçısıdır ki, şəkərdən istifadə
etmir. Körpəlik mərhələsindən hər hansı xüsusi istehsal olunmuş və
satışda olan uşaq qidası adı ilə buraxılmış məhsullardan uzaq olmaq
lazımdır. 2000-ci ilin may ayında çap olunmuş Ərzaq Komissiyasının
hesabatı ilə 357 test edilmiş uşaq ərzaqlardan 57%-da yüksək səviyyədə
şəkər aşkar olunub.
Yoqurt növlərinin əksəriyyətinin bir porsiyasında 5 çay qaşığı şəkər
var. Mağazalarda məhsulların etiketini oxuduqda 1 çay qaşığı 4 qram
şəkərə bərabə olduğunu unutmayın. Bunu bilərək, siz asanlıqla məhsulda
neçə çay qaşığı şəkər olduğunu hesablaya bilərsiniz və bu daha düzgün
məhsul seçiminizə təsir göstərəcək.
Gizli şəkər hansılardır?
Məhsullarının üzərindəki yazıları diqqətlə oxuyun: saxaroza, qlükoza,
şəkər siropu, maltoza, dekstroza, laktoza, bal, qızıl siropu, qarğıdalı
siropu, bəhməz, hidrolizə edilmiş nişasta, fruktoza, qatılaşdırılmış
meyvə şirəsi.
Duz
Ərzaq Komissiyasının hesabatına görə 46% test olunan uşaq ərzaqlarının
tərkibində duzun miqdarı normadan artıqdır. Əslində uşaq qidasına duzun
əlavə edilməsi yolverilməzdir, lakin azyaşlı uşaqların əksəriyyətinə
hələ çox balaca olduqları halda böyüklər üçün nəzərdə tutulan yeməyi
verirlər. Uşaqlar tərkibində çox duz olan qızardılmış kartof, dadlı
qəlyanaltılar, sosis və kolbasa, veçina, donuz əti və ya hisə verilmiş
qidalardan istifadə etməməlidirlər.
Artıq duz onların böyrəklərə yük verir və sağlam immun sistemi üçün çox
önəmli olan maqnezium kimi elementləri bədənin duz ilə savaşdığı zaman
tamam ilə itirilmiş olur. Həddindən artıq duzdan istifadə gələcəkdə
ürək-damar xəstəliklərinə səbəb bilər. Uşağın immun sisemini və onun
sağlamlığını qorumaq üçün məhsulların üzərindəki tərkib yazılarına
diqqətinizi yönəltməlisiniz.
Hidrogenasiyalaşdırılmış yağ
Hidrogenasiya prosesindən duru yağın kimyəvi quruluşuna təsir göstərərək
onu maye halından bərk və ya yarım bərk hala-margarinə döndərmək üçün
istifadə edilir. Bu proses yüksək temperatur və təziq altında həyata
keçirildiyindən yağın strukturuna xələl gətirir və qida dəyərini məhv
edir. Bu yağ növləri vacib yağ turşularının orqanizmdə metabolizminə
mane olur.
Hidrogenasiyalaşdırılmış yağ yalnız marqarinin tərkibində deyil,
həmçinin dükanlarda satılan qurabiyə (peçenya), biskvit məmulatları,
krekerlər, piroq və digər qənnadı məmulatlarının tərkibində var.
Kaffein
Bir çox insan hesab edir ki, kaffein qəhvənin tərkibindəki mövcud olan
arzuolunmaz maddələrdən biridir. Lakin bu maddə həmçinin qara və yaşıl
çayda, qəhvədə, şokolad və şokolad içkiləri və Kola kimi qazlı
içkilərinin tərkibində də var. Kaffein – güclü oyadıcıdır. O həm də,
uşağın immun sistemi üçün vacib və lazımlı olan vacib maddələrin əldə
edilməsinə mane olan güclü anti-qidalandırıcı maddədir. 1995-ci ildə
aparılan Məktəbəqədər Uşaqlar üçün Pəhriz və Qidalanma sorğusuna görə
dörd yaşına çatmamış uşaqların üçdə biri çay içir.
Əgər sizin yeniyetmə və hətta daha kiçik övladlarınız müəyyən formada
kaffeinə istənilən formada aludə olubdursa, bəzi sadə dəyişikliklər
etməyə çalışın. Qazlı kaffeinli içkiləri karbonatlı meyvə tərkibli
içkilərə, çay və ya qəhvəni dekaffeinləşdirilmiş variantlarla əvəz
etməyə çalışın və tədricən tamamən onları qidanızdan çıxarın. Adətən
zərərli məhsulları alternativ sağlam maddələri əlavə etmək zərərlilərdən
tamamən can qurtarmaq üçün daha asan və daha faydalıdır. Yeniyetmələr
üçün müxtəlif növ meyvəli çaylar əldə etməyə çalışın. Qaynar qara
qarağat çayı və zövqə görə əlavə edilmiş bal çox xoşdur. İsti yay
günlərində 3 çay paketi qara qarağat götürün və yarım saat qaynar suda
dəmliyib soyudun. Zövgə görə bal və xırdalanmış buz kubları əlavə edin.
Qida Əlavələri
Emal edilmiş məhsulların istifadəsindən yayınmaqla siz kimyəvi
əlavələrin hücumundan uşağınızın bədənini xilas edəcəksiniz. Əlavələrə
aiddir: boyalar, tamlaşdırıcılar, emulqatorlar, stabilizatorlar,
qatlaşdırıcılar, süni şirinlədirici maddələr, konservantlar, dad
gücləndiriciləri, qlazur agentləri və müxtəlif əlavələr. Onlar yeməyin
yaxşı görünməsi üçün, xoş dadlı olması üçün və uzun müddət xarab
olmaması üçün nəzərdə tutulmuş. Qanuni cəhətdən bizim yeməyimizə daxil
edilə biləcək təxminən 400 növ əlavələr mövcuddur, lakin istifadə
etdiyimiz ərzaqların tərkib siyahısında qeyd olunmayan 3500 növ maddələr
daxil edilir .
Bu əlavələr uşağın immun sisteminə xüsusilə, əsas detoksifikasiya
funksiyası daşıyan qara ciyər üçün əlavə narahatlığa və yükə səbəb ola
bilər.
Xüsusən körpə və uşaqlar üçün nəzərdə tutulmuş hazır içkilər və qida
məhsullarına qida əlavələri daxil edilməməlidir. Lakin, məhz bu ərzaq və
içkilər qadağan edilmiş qida əlavələri ilə doludur. Bu məhsullara
aiddir: dadlı qəlyanaltılara, qazlı içkilər, çipslər, puddinqlər,
kolbasalar, balıq çubuqları, dondurma və konfet aiddir. Aşağıdakı
məhsulların istifadəsini azaltmaqla və ya tamamən dayandırmaqla qida
əlavələrinin zərərindən yayına bilərsiniz:
- Kolbasa və sosis məmulatları.
- Hazır şirələr və meyvə içkiləri.
- Konservləşdirilmiş hazır məhsullardan çəkinin, çünki onların
tərkibində saxlanma müddətini artırmaq üçün müxtəlif əlavələr mövcuddur.
- Yarımfabrikat məhsullar.
Ərzaqları təbii halına daha yaxın formada yeyin. Məsələn, sobada bişmiş toyuq, toyuq naqqetlərindən qat-qat faydalıdır.
Mənbə: Lucy Burney "Boost your childs immune system” kitabı
Tərcümə edən: Aytən Məmmədova