Uşaqların aylıq inkişafı (1 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 39 036
Səs ver:
(səs: 6)
Nələr edə bilər?
- Ağzını açıb , məmə başını axtarar, əmmə və udma hərəkətləri edər .
- Əllərini yumruq edib ağzına aparar.
- Oyanıq olduğunda sizin üzünüzə baxar və səsinizi dinlər.
- Oynarkən ayaqları və əlləri hərəkət edə bilər.
-Kürək üstündən yana dönməyə çalışar .
- Barmağınızı əmməyə çalışar.
- Ac, narahat və sıxıntılı olduğunda ağlayaraq əlaqə yaratmağa çalışar.
 - Günün böyük əksəriyyətində yatar, 2-3 saatda bir oyanıb qidalanmağa çalışar.
- Oturar vəziyyətdə başını, hərdənbir dik tuta bilər.
- Üzüstə yatırılınca başını titrədərək qaldıra bilər.
- Ovcuna qoyulan barmağı möhkəm-möhkəm tutmağa çalışar.
- Zınqırov və zəng səsinə reaksiya duyar.
- Baxışlarını yanına gələn adam üzünə çevirər.
 
Dəyişikliklər:
-Göz əzələləri inkişaf etdikcə, göz hərəkətlərini daha idarəli etməyə başlar. Göz əzələləri hələ tam olaraq inkişaf etmədiyi üçün zaman- zaman göz hərəkətləri idarəsiz ola bilər.
- Bəzi körpələr digər körpələrdən sakit və səssiz ola bilər.
- Birinci ayın sonuna doğru, sizin danışmaga, səs və toxunmanıza cavab olaraq gülümsəməyə başlar. Bu , körpənizin ictimailəşməyə başlaması deməkdir.
- Qidalanma gedişi getdikcə daha nizamlı olmağa başlar.
 
Oyunlar:
- Körpənizin üz ifadələrini və onun çıxardığı səsləri təqlid edə bilərsiniz .
- Körpənizin qulağına yumşaq bir səs tonu ilə danışsanız, zümzümə etsəniz, musiqi ilə oynaya bilər.
-Körpənizi, başını dəstəkləyərək çiyininizdə daşıyın, bu, ətrafı görməsinə səbəb olar.
-20-30 sm məsafədən körpənizə şəkillər, sadə şəkilli, parlaq rəngli obyektler göstərə bilərsiniz.
- Onun yatağının kənarlarına kiçik, hərəkətli, parlaq heyvan fiqurları asmaq olar .
-Körpənizi qucağınıza alın, maraqlanın, öpün və ona sarılıb uzanın. Körpənizlə danışın və onu adı ilə çağırın .
 
Qidalanma:
-Mümkünsə körpənizə yalnız ana südü verin, əgər hər hansı bir səbəblə ana südü verə bilmirsinizsə və ya südünüzün çatmadığını düşünürsünüzsə, həkiminizin təklif edəcəyi hazır mannaları verə bilərsiniz. Bu dövrdə məcbur deyilsə, inək südü istifadə etməyin.
- Körpənizin qidalanmağa başlamadan rahat və dinc olmasını təmin edin, altını vaxtaşırı dəyişin. Körpənizin oyanıq olduğuna və qidalanmağa hazır olduğuna əmin olun.
- Əmzirdikdən sonra mütləq qazı çıxarılacaqdır .
 
Baxım:
- Körpənizin dırnaqlarını kəsin, beləliklə, üzünü cırmaqlamasına mane olarsınız .
- Avtomobilə mindiyinizdə körpənizin mütləq yaşına uyğun körpə kreslosuna bağlı olduğuna əmin olun.
-Körpəniz ağladığı zamanlarda qucağınıza götürərək yumşaq bir səslə onunla danışın və ya zümzümə edin.
- Gündüzləri gəzərkən körpənizi önünüzə astığınız kenquru ilə daşıya bilirsiniz. İstiliyiniz onda güvən hissi oyandıracaq və hərəkətlər körpənin tarazlıq duyğusunun inkişafına köməkçi olacaq.
- Evdəki digər qardaş və ya bacılarının körpəyə toxunmalarına, sevmələrinə imkan verin. Beləcə, həm gərəksiz qısqanclıqların qarşısı alınacaq, həm də onlar arasında sağlam əlaqə qurulması mümkün olacaq.
-Körpəniz üçün güvənə biləcəyiniz və yaxşı əlaqə qura biləcəyiniz bir həkim seçin. 2 həftəlik və 4 həftəlik olduğunda müayinələrini etdirin.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 39 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri