Uşaqların aylıq inkişafı (5 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 36 172
Səs ver:
(səs: 5)
5 aylıq körpənin inkişafı
Nələr edə bilər?
- İnsan səsinə reaksiya verər, danışana dönər. Anasının səsini eşidincə ağlamanı kəsər.
- Marağına səbəb olan hər şeyə gülümsəyər və danışar.
- Bir çox müxtəlif səs çıxardar. Bunların bir qisimi özünə xas, digərləri duyduqlarını təqliddir .
- Gördüyü hərəkətləri təqlid edə bilər.
- Əlindən oyuncağının alınması və ya onu küsdürən bir davranışa etiraz edər.
- Hər şeyə toxunmaq, tutmaq, dadmaq istər. Əlindəki obyekti digər əlinə keçirə bilər.

Dəyişikliklər:
- Iməkləmə bənzəri hərəkətlər başlayar. Yatağında bir başdan digər başa gedə bilər.
- Yadlaşma başlayar. Ev adamlarından başqa ilk gördüyündən qorxar.
- Çəki artımı azalar. Bu ayda, ümumiyyətlə, doğum çəisinin iki qatına çatmış olar.

Oyunlar
- Yatağına qırılmayan metal bir ayna qoyun, özünü görsün.
- Körpənizin çıxardığı səsləri təqlid edib onu danışmağa təşviq edin, qısa cümlələr və sözlərlə danışın. Mahnılar söyləyin.
- Körpənizin başqa körpələrlə qarşılaşmasını təmin edin, bir-birlərini araşdırıb danışmalarına icazə verin.
- Tez-tez qucaqlayın, sevginizi göstərin .
- Yataq üstünə asdığınız musiqili oyuncaqları bu ayda qaldırın, Körpəniz uzanıb tuta və qəzalara səbəb ola bilər.

Qidalanma
- Ana südü və ya əlavə qida verməyə davam edin. Bir yaşınadək inək südü verməyin.
-Həkiminiz qatı qidalara başlamağı məsləhə gördüsə, hər qidanı tək-tək və bir-iki qaşıqla başlayın, alışdıqca miqdarı artırın. Doyduğunu hiss etdirməyə şərait yaradın, həddindən artıq verməyin. Yemək saatlarının hər kəs üçün zövqlü bir zaman olmasına cəhd göstərin.

Qulluq
-Körpəniz ana qucağından asanca qalxıb yıxıla biləcək qədər böyükdür, diqqətli olun.
- Evinizi körpə üçün etibarlı hala gətirməyə başlayın, kabelləri, yıxıla biləcək hər vasitələri ortadan qaldırın, əşyaların iti uclu olmamasına diqqət yetirin.
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 36 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri