Uşaqların aylıq inkişafı (9 aylıq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 866
Səs ver:
(səs: 2)
9 aylıq körpənin inkişafı
 
Nələr edə bilər?
• Baş və bədəninə rahatca nəzarət edərək bir yerdən tutub ayağa qalxar.
• Çox yakşı iməklər.
• Obyektləri rahatlıqla tutar və oynayar.
• Oynamaq üçün bənzər oyuncaqları toplar ( şəkilli kərpiclər kimi ).
• Müəyyən oyuncaqlar arasında qəti əlaqə qura bilər. Açar və kilid, banka və qapaq kimi.
• Ayaqqabı, su , top kimi bir çox sözü, "mənə gətir", "mənə ver" kimi sadə əmrləri anlar .
• Yüksək səsdən qorxmaq kimi yeni qorxular inkişaf etdirər. Tozsoran səsindən qorxursa, mütləq avtomobildən gəldiyini göstərin. Paltaryuyan maşın çalışarkən çıxartdığı səsin qaynağı olduğunu göstərin. Səs ilə obyekt arasında əlaqə qurduğu zaman qorxu azalır.
Dəyişikliklər
• Qalxıb getmək istər, ancaq tək başına bacarmaz, dəstək istəyər. Ev əşyalarından tutaraq gəzər.
• Həmişə ona istiqamətli olmanızı, onu təqdir etmənizi istər . Alqışlamaq öyrənər və yaxşı olduğunu düşündüyü işləri alqışlamaq istər.
• Başqalarının duyğularına həssasdır, kədərlənən və ya ağlayanlar onu təsir edər, ağlamağa başlayar.
• Bacarıqları inkişaf etdikcə özünü daha uzun müddət əyləndirə bilərsiniz, xüsusilə ətrafı kəşf etməkdən çox xoşlanar. Təhlükə anlayışı tam meydana gəlmədiyi üçün bu dövrdə maraq başına iş aça bilər.

Oyunlar
• Bir oyuncağını örtünün altına saxlayıb, "oyuncaq hanı? " deyə soruşun, tapmadıqda örtüyü bir az aralayın.
• Ona səsli oyuncaqlardan alıb, necə səs çıxaracağını göstərin. O bunu təkrar etmək istəyəcək, bacardığında alqışlayın.
• Yuyunmaq üçün hamam vannasını doldurub oturdun, yavaşca üzünə su atın, onun da sizi ıslatmasına icazə verin.
• Barmaq oyunları oynayın. Mahnı oxuyaraq barmaqlarınızla hərəkətlər göstərərək birlikdə əylənin.
• Yataq və yuxu zamanı üçün bir nizam yaradın. Yuxu zamanına yaxın onunla oyunlar oynamayın. Körpənizi qucaqlayıb, onunla yumşaq tonda danışın. Bir hekayə oxuyun və ya bir nağıl danışın, yatağına yalnız tanış, yumşaq oyuncaqlar qoyun.
• Körpənizlə davamlı danışın, nə etdiyinizi izah edin, istifadə etdiyi əşyaların adlarını təkrarlayın.

Qidalanma
• Körpənizi yedizdirəkən təzə qidaları seçməyə diqqət edin. Süfrəyə birlikdə oturun və ona uyğun yumşaq yeməklərdən dadmasına icazə verin.
• Butulkasını və ya stəkanını tutmağa kömək edin.

Diqqət
• Körpənizi yanında olmadığınız zamanlar duşdan uzaq tutun. Dərmanların çata bilməyəcəyi bir yerdə olmasını təmin edin.
• Əlaqənizdə qaydalar qoyun. Hər büdrəyəndə köməyinə getməyin. Öz başının çarəsinə baxmasına icazə verin, amma gözünüzü üzərindən ayırmayın. Yardıma hazır olun amma lazım olsa, müdaxilə edin. Hər ağladığında yanına qaçmayın, ağlama səbəbini soruşub həll etməyə çalışın amma həyəcan göstərməyin.
• Təhlükələr üçün müəyyən, dəqiq siqnallar verin. Sobaya, ocağa yaxınlaşırsa "isti", yüksəyə qalxmaq istərsə "dur" kimi. Məqsəd siz yanına gedib onu uzaqlaşdırana qədər təhlükədən uzaq qalmasını təmin etməkdir. Evi təkrar nəzərdən keçirin. Təhlükə əlaqələrini minimuma endirməyə çalışın.
• Sağlamlığını diqqətdə saxlamaq üçün həkimə aparın.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri