Uşağın qızdırmasını necə aşağı salaq? - MƏSLƏHƏTLƏR

Müəllif: Menim balam
Şərhlər: 8
Baxılıb: 11 576
Səs ver:
(səs: 3)
Uşaqlarda yüksək hərarət ana, atanı narahat edən xəstəlik əlamətlərindən biridir. Ümumi olaraq istilik 38 dərəcəni keçərsə, bunu qızdırma hesab etmək olar. Xüsusən də kiçik uşaqlarda qızdırmanı nəzarətdə saxlamaq vacibdir.
 bununla bağlı valideynlərə bəzi tövsiyələr verir.
 
Qızdırma necə ölçülür? Qulaq, dilaltı, qoltuqaltı qızdırma ölçmə bölgələridir. Qoltuq altına qoyulanda qızdırmanın ölçüsü 0.5 dərəcə aşağı olur. 2-2.5 yaş arası uşaqların qızdırmasını dilaltından ölçmək də çətin olur. Qulaq bölgəsindən ölçmək daha məsləhətlidir. Bu zaman termometrin qulaq kanalına tam oturduğuna əmin olun.
 
Neçə dərəcə yüksək qızdırma deməkdir?
 
Hər səviyyədəki qızdırma təhlükəli sayılmaz. 38.0-39.9 dərəcə qızdırma, 40.0 və yuxarı dərəcə yüksək qızdırma sayılır.
 
Qızdırmanı necə aşağı salmaq olar?
 
Uşağınız 3 aydan kiçikdirsə, dərhal həkimə müraciət edin. Həkimə aparmadan əvvəl uşağın üstünü açıb gözləyin və 15 dəqiqə sonra qızdırmasını yenə yoxlayın. Qızdırması yenə düşməyibsə, həkimə gedin.
 
Uşağınız 3 aydan böyükdürsə, bunları edə bilərsiz:
 
Uşağın üstünü açın. Qızdırma olarkən titrəməsi normaldır. Üşüyər deyə üstünü basdırmayın. Əksinə, qalın geyimlər istiliyini daha da artırar.
 
İlıq duş məsləhətdir. Vannanı ilıq su ilə doldurun, uşağı 15-20 dəqiqə suyun içində oturdun. Arxaya doğru uzanmasına icazə verməyin, başından aşağı su tökməyin, süngəri isladaraq hər tərəfini isladın.
 
Böyük dəsmalı ilıq su ilə isladıb bədənini bürüyün. Spirtli kompreslərlə qızdırmanı aşağı salmağa çalışmayın. Vannada üşüyərsə, dəsmala büküb çıxarın.
 
Dərman olaraq parasetamolu 4-6 saatdan bir verin.
 
Əgər qızdırması yenə eynidirsə, parasetamolu 3-4 saatdan bir verin. Üç aydan kiçik uşağınızda qızdırma varsa, 38.0 -39.9 arasında qızdırma 24 saatdan çox davam edərsə, burun axıntısı, öskürək yoxsa, həkimə gedin. Uşağınız hey ağlayır, halsızdırsa, qızdırması çoxdursa, bu halda da həkimə aparın.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 11 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri