Körpənin baş hissəsindəki qərtməyin səbəbi və təmizlənməsi yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 28 066
Səs ver:
(səs: 0)
Hər bir yenidoğulan körpəsi olan ana onun saç dibindən özünəməxsus qoxu gəlməsini müşahidə edir. Buna səbəb onun başında qətməyin olmasıdır. Qərtmək əsasən təpə və alın nahiyədə, bəzən isə hətta qaşlarda və ənsədə də ola bilər.
Qərtməyin yaranma səbəbi körpə orqanizminin tənzim sistemlərinin zəif olması nəticəsində tər və piy vəzilərinin normal ifraz etməməsidir. Yenidoğulmuşlarda piy vəzləri normadan artıq fəaliyyət göstərir, tər vəzləri isə çox sıx yerləşir, normadan az fəaliyyət göstərir və onların sayı yetkin uşaqlardan dəfələrlə çoxdur. Bu vəzlər 7 yaşından sonra normal fəaliyyət göstərməyə başlayacaq.

Qətməyin əmələ gəlməsi əsasən anadangəlmə olub, heç bir şeydən asılı deyil. Lakin düzgün olmayan qulluq da seboriyaya səbəb ola bilər. Bunlar aşağıdakılardır:
- həddən artıq isinmə- bunun nəticəsində tərləmə çox olur.
- düzgün seçilməyən şampun da uşaq saçında seboriyaya səbəb olur.
- başın tez-tez yuyulması. Bu da körpənin onsuz da nazik olan dərisini qurudur. Bu isə piy vəzlərinin işini fəallaşdırır. - Allergiya. Çox vaxt bu diaqnozlu körpələrin immuniteti zəif olur və bu da süd qərtməyinin əmələ gəlməsinə yol açır.

Nə etməli?
1-nci növbədə körpəni həddindən artıq isti geyindirməyin. Başı tez-tez tərləyirsə, papağını daha yüngül birinə dəyişin.

İstifadə etdiyiniz şampuna diqqət edin. Çalışın şampun yalnız təbii tərkibli olsun. Şampunla uşağın saçlarını həftədə cəmi 2 dəfə yuyun.

Saçlarını daramaq üçün yalnız təbii materialdan hazırlanmış daraqdan istifadə edin.

Qətməyi necə təmizləməli?
Yumşaldırıq.  
                                                                                                         
Qətməyi təmizləmək üçün əvvəlcə onu yumşaltmaq lazımdır. Çimməkdən 1 saat əvvəl körpənin başını uşaq yağı ilə yağlayın.

Yuyuruq.
Daha sonra körpənin saçlarını yuyuruq. Unutmayın ki, bir neçə dəfə təkrarən saçı şampunlamaq lazım deyil.

Darayırıq. 
Hamamdan sonra körpənin saçlarını seyrək və küt dişləri olan daraqla darayın. daha sonra yumşaq fırça daraqla.

Digər üsulla təmizləmək üçün uşağı çimizdirərkən başını uşaq şampunu ilə şampunlayın. Sonra yumşaq fırça daraqla dairəvi hərəkətlərlə qətmək olan nahiyələri təmizləyin. Su ilə yuyun.
Ümumiyyətlə, təmizləmə prosedurunu həftədə bir dəfədən çox etmək olmaz.
Unutmayın!
Qətməyi  əlinizlə qopardaraq təmizləməyə qətiyyən cəhd etməyin. Qətməyi göstərilən üsullarla bir deyil, bir neçə prosedur ərzində təmizləmək mümkündür.

Son olaraq körpənin allergiyasının olub-olmadığını yoxlatdırın.

Ülviyyə Səid
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 28 066
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri