Əmgəyin ölçüləri nə qədər olmalıdır və nə vaxt bağlanmalıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 443
Səs ver:
(səs: 1)
Əmgək hərəkətli olmaqla çox mühüm bir funksiyanı yerinə yetirirlər: doğuş prosesində körpənin kəllə sümüklərinin bir - birinin üzərinə çıxmasına imkan verir ki, bu da doğuş zamanı uşağın başının dar doğuş yollarından keçməsini təmin edir. Doğuşdan sonra isə əmgək uşağın başını təsadüfi zərbələrdən qoruyur. Nəhayət ki, əmgək ümumi və qismən də beyin temperaturunun tənzimində iştirak edir. Hərarətin artması zamanı böyük əmgəkdən baş beynin və beyin qişalarının əlavə soyudulması həyata keçirilir. Yenidoğulmuş uşaqlarda bədən temperaturunun tənzimi mexanizmi mükəmməl olmadığı üçün əmgəyin bu funksiyası olduqca vacibdir.
 
Normal əmgəin ölçüsü necə olmalıdır?
Doğulduqdan sonra müayinələr zamanı hər iki əmgək: arxa-kiçik, ön-böyük əmgəklər qiymətləndirilir. Əmgəyin ölçüləri xüsusi formulla qiymətləndirilir:
( əmgəyin eninə diametri + əmgəyin uzununa diametri) / 2
Əksər yenidoğulmuşlarda kiçik arxa əmgəyin ölçüsü 0,5-0,7 sm-dən çox olmur. Arxa əmgək ikinci həftədə bağlanır.
 
Böyük - ön əmgək əksərən yaxşı hiss olunur və olduqca maraq oyadır. Bu əmgəyin "normal ölçüləri" və "bağlanma vaxtı" haqqında bir çox səhv fikirlər var. Bu da bir çox təcrübəsiz valideynləri qorxudur. Bunlardan bəzilərini qeyd edək:
- böyük əmgəyin ölçüsü bütün uşaqlarda eynidir;
  Əslində isə böyük əmgəyin ölçüləri dəyişkəndir. Bu 0,6 ilə 3,6 sm arasında dəyişir. (Formula görə orta ölçüsü 2,1 sm olur)
- doğulduqdan sonra əmgəyin ölçüsü getdikcə kiçilməlidir, onun böyüməsi isə xəstəlik əlamətidir
  Əslində isə yenidoğulmuş uşağın baş ölçüləri sürətlə böyüdüyünə görə birinci ay ərzində əmgəyin ölçüsü bir qədər böyüyə bilər.
- böyük əmgək müəyyən bir vaxt ərzində bağlanmalıdır
  Əslində isə əmgəyin bağlanması hər bir uşaq üçün individualdır. Yerimə, diş çıxarma, danışma vaxtı fərqli olduğu kimi bu da fərqli xüsusiyyətdir. Müşahidələr göstərir ki, 1% yenidoğulanlarda ilk 3 ay, 40% uşaqlarda 1 yaşında, 95% uşaqlarda 2 yaşında bağlanır. Adətən oğlanlarda əmgək qızlara nisbətən tez bağlanır.
- doğulan zaman əmgək nə qədər balacadırsa, bir o qədər tez bağlanır
  Əslində isə əmgəyin ölçüsü ilə bağlanma müddəti arasında bilavastə əlaqə yoxdur
- əmgəyin tam bağlanması başın inkişafının dayanması deməkdir, bu isə beyindaxili təzyiq əmələ gəlməsinə səbəb olur
  Əslində isə kəllə sümüklərinin inkişafı mərkəzi tikişlərdən kənara doğru inkişaf sayəsində olur. Yalnız alın tikişi istisnadır. Bu tikiş 2 yaşında bağlanır. Digər tikişlər 18-20 yaşında bağlanır. Bunun sayəsində uşaqların baş ölçüləri yetkin insanın baş ölçülərinə qədər böyüyür. 
- əmgəyin bağlanması orqanizmə daxil olan kalsium və bitamin D-dən asılıdır
  Kalsium və vitamin D-nin orqanizmdə çatışmazlığı əmgəyin bağlanma prosesini ləngidə bilər. Əgər uşaqda raxit varsa, ona kalsium və vitamin D verilməsi əmgəyin bağlanmasına təsiri yoxdur və onun dayandırılması təhlükəlidir. 
  Bütün hallarda uşağınızın sağlamlığını həkiminə etibar etməyiniz ən düzgün seçimdir.

Ülviyyə Səid
 
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri