Yayda uşağa hansı meyvələri yedirdək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 255
Səs ver:
(səs: 1)
Nədənsə insanlarda belə bir fikir var, "qarpız ən tez zəhərlənmə vasitəsidir”. Əslində problem oradan qaynaqlanır ki, bu məhsul satışa hələ tam yetişməmiş çıxarılır, axı qarpız qızmar günəş altında 3 həftə yetişməlidir. Bu zaman həmin meyvə cana faydalı olur, zəhərlənmə prosesinə də səbəb olmur. Qarpızın tərkibində olan saxaroza, fruktoza insan bədəninə tez yayılaraq şəkər xəstəliyi, qırmızı qan xəstəlikləri, qaraciyər problemi, öddə olan xəstəlikləri mualicə edir. Buna avgustun 2-ci yarsında yığılan qarpızı soyuducuya qoymamaq şərti ilə yeməklə nail ola bilərsiniz. Qarpızı kəsdikdən dərhal sonra yemək lazımdır, 2-3 saat qaldısa, yeməmək daha yaxşı olar.
Bəzən qarpızı soyuducuda saxlamaqla onun köhnəlməsinin qarşısını aldıqlarını düşünürlər. Əksinə, otaq temperaturunda qalanda onun tərkibində olan kimyəvi elementlər artır.
Əslində qarpızda zəhərlənmə əmələ gətirən heç bir ünsür yoxdur. Ancaq əgər siz, eləcə də uşaq onu yağlı, duzlu, kalorili, ət məhsulları ilə birgə gəbul etmisinizsə, mütləq ürəkbulanma, qusma, baş ağrısı, ən pis halda zəhərlənmə olur.”

Yayda hansı meyvələr zərərli ola bilər?
Həkim Nərgiz Alışova bildirir ki, uşaqlara mövsümdə yetişən bütün meyvələr xeyirlidir:
"Son zamanlar bəzi adamlarda fikir formalaşıb, çox meyvə yemək insanda şəkər xəstəliyi yaradır. Təbii ki, bu belə deyil. Təbabətə əsaslanaraq deyirəm ki, mövsümdə yetişən bütün meyvələr min-bir dərdin dərmanıdır və onların təkibində cana faydalı minerallar var. İllər öncə tibb mütəxəssisləri xəstəliyin sağalmasında meyvələrdən (əncir, üzüm, qarpız) istifadə edirdilər.
Yalnız allergiyası olan uşaqlar hər meyvəni yeyə bilməzlər. Belə uşağa yaşıl alma, albalı vermək olar. Bu meyvələrin allergiyalı uşağa təsiri yoxdur.”
 
Uşaqlara meyvəni yaşa görə fərqli şəkildə vermək lazımdır.

Həkim süni qidalanan körpələrə 2 aylığından meyvə şirəsi verməyi məsləhət görür. Amma fəsilləri nəzərə almaq vacibdir. Yay olarsa albalı şirəsi, yayın ikinci yarısı armud, qalan mövsümlərdə alma şirəsindən başlamaq olar. (Alma qıcqırmanı artırdığı üçün çağaya yayda alma vermək məsləhət deyil).
Bütün meyvə şirələri uşağa əvvəl cəmi 1 damcı, 2-3 gündən bir 1 damla artırmaqla verilməlidir. Artıq olmaz, çünki körpənin bədəni əlavə qidaya həssasdır.
Allergiyası olmayan çağaya həftədə 1-2 dəfə limon şirəsi vermək olar. Bir damla, bir neçə gündən sonra 2 damla limon şirəsini çaya əlavə etməklə uşağı C vitamini ilə təmin etmiş olarsız.
4 aydan sonra uşağa meyvənin-almanın, armudun püresini vermək olar.
2 yaşlı uşaq meyvəni özü dişləyib yeyə bilər, çünki çənə əzələsi bərkimiş olur və belə yemək uşaqların dişlərinin formalaşmasına müsbət təsir edər.
Müsahibəyə görə pediatr-infeksionist Nərgiz Alışovaya təşəkkürümüzü bildiririk.
Bakıda Loğman klinikasında çalışan N. Alışova naməlum mənşəli qızdırmalı, iştəhasız, mədə-bağırsaq pozuntuları, çəki azlığı olan, tez-tez xəstələnən uşaqları uğurla müalicə edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 255
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri