Körpәnin az çәki yığmasının 7 sәbәbi

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 573
Səs ver:
(səs: 0)
Bәzәn, südәmәr körpәnin çәkisinә tәsir edәn sәbәblәri tapmaq olmur. Xüsusilә әgәr ana körpәni tәlәbinә müvafiq әmizdirir, әlavә qida vә әmzik vermirsә. Lakin, körpәnin çәkisi dәyişmir vә ya çox az artır. Gәlin hәyatının ilk hәftәsindә körpәnin çәkisinә nәlәrin tәsir etdiyini öyrәnәk:  
 
1.Doğum evindә әmizdirmәnin "pis başlanğıcı” Bura nәticә etibarilә körpәnin çәkisinin artmasına tәsir edәn bir çox meyarları aid etmәk olar. Doğuş zamanı istifadә olunmuş dәrmanlar, qeysәriyyә әmәliyyatı, doğuşsonrası güclü qanaxma (mәsәlәn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpәni döşә aqressiv qoyma vә ya ağız boşluğundan seliyin sorulması, körpәnin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamilәlik dövründә әmizdirmәyә müvәffәqiyyәtli başlamaq barәdә oxuyun.
 
2. Körpәni döşә düzgün qoymamaq Körpәni döşә düzgün qoymamaq, körpәnin әmdiyi südün miqdarını azalda, döş gilәlәrindә ağrıya sәbәb ola bilәr. Bәzәn isә elә olur ki, uşaq sözün hәrfi mәnasında döşdәn saatlarla "asılı qalır”, tez­tez sidiyә gedir (sutkada 15 dәfәdәn çox), lakin gec­gec vә az miqdarda nәcisә gedir (3 dәfәdәn az vә ya çox, lakin çox az miqdarda) – bu, körpәnin döşü dәrin götürmәmәsindәn vә yalnız ön südü әmәrәk "arxa” südә çatmamasından xәbәr verә bilәr. Körpәni döşә qoymaq barәdә mәqalәlәr oxuyun, bu barәdә vә әsas әmizdirmә pozaları barәdә video vә şәkillәrә baxın. Әgәr özünüz bacarmırsınızsa, şәhәrinizdәki әmizdirmә üzrә mәslәhәtçiyә müraciәt edin. Hәmişә yadda saxlayın ki, körpәnin döşә düzgün qoyulması – әmizdirmәnin uğurunun tәminatçısıdır!
 
3. Körpәni az әmizdirmәk Hәmçinin körpәni rejimlә qidalandırmaq, әmzikdәn, döş gilәlәri üçün qoruyuculardan istifadә etmәk, körpәyә uşaq çayı vermәk döşün stimulyasiyası vә boşalmasına mәnfi tәsir göstәrir, bu isә öz növbәsindә südün azalmasına gәtirib çıxarır.
 
4. Körpәnin ümumi vәziyyәti Yuxulu vә ya zәiflәmiş körpә, yarımçıq doğulmuş körpә, sarılıq keçirәn, ürәk qüsuru, mukovissidoz vә ya maddәlәr mübadilәsi ilә bağlı digәr problemlәrdәn әziyyәt çәkәn körpәlәr.
 
5. Körpәnin sәhhәtinin fizioloji vә anatomik xüsusiyyәtlәri Mәsәlәn, dilin birlәşdirici pәrdәsinin (dilatlı bağın) qısa olması, dodağında vә damağında çat, boyun әyriliyi, hipo­ vә ya hipertonus, başın hematoması, respirator problemlәr (stridor, tez­tez boğulma), virus vә ya bakterial infeksiyalar.
 
6. Әmizdirәn ananın sağlamlığının xüsusiyyәtlәri Süd vәzi toxumasının inkişafdan qalması, döşün әmәliyyat olunması, döş gilәsinin qeyri­adi forması, piylәnmә, hormonal problemlәr, xüsusilә qalxanvari vәzin problemlәri, yumurtalıqların polikistoz sindromu, süd ifrazını azaldan dәrmanların vә ya otların qәbulu (dostineks, romokriptin, Pseudoephedrine/Sudafed, adaçayı, nanә, cәfәri).
 
7. Ananın/vә ya körpәnin psixoloji vә ya fiziki stres keçirmәsi Әgәr ana südünün az olduğuna vә ya keyfiyyәtinә şübhә edirsә, adәtәn körpәnin çәkisini әmizdirmәdәn әvvәl vә sonra çәkir, bu südün ifrazına vә körpәnin çәkisinә tәsir edә bilәr. Әgәr ana daim stres keçirirsә vә ya depressiyadadırsa vә ya körpә daim hәr hansısa prosedurlara vә ya stresә mәruz qalırsa (ailәdә tez­tez baş verәn davalar, köçmә, ambulator müalicә, tez­tez hәkimә baş çәkmәk, körpәnin enerjisini çox aparan, ağlaması vә ya әsәbi gülüşü ilә müşaiyәt olunan müalicәvi massaj, dinamik gimnastika vә ya üzgüçülük vә s.) – bütün bunlar körpәnin çәkisinә tәsir edә bilәr.
Bu, körpәnizin çәkisinin az artması ilә nәticәlә bilәn әsas sәbәblәrdir. Gördüyünüz kimi, bu sәbәblәr kifayәt qәdәr çoxdur vә sizә kömәk etmәk, fikirlәşmәyinizә sәbәb olmaq üçün burada toplanıb. Әgәr körpә, doğum evindәn çıxdıqdan sonra sutkada 8­12 dәfәdәn az sidiyә gedirsә vә 2 hәftәlik ikәn doğulduğu çәkini yığmırsa, dәrhal onun çәkisinә nәzarәt etmәk vә lazım gәlәrsә әlavә olaraq sağılmış süd vә ya süni qida ilә qidalandırmaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri