Körpənin çənəsi niyə əsir

Müəllif: ulduz
Şərhlər: 6
Baxılıb: 595
Paylaş:
Səs ver:
(səs: 3)
Bu bir çox valideynləri narahat edən suallardan biridir. Körpələrdə çənənin, aşağı dodağın və əllərin bir neçə saniyə ərzində əsməsi (tremor) həyatın 3 ayına kimi fizioloji sayılır.
 həyatın ilk həftələrində körpənin orqanizmi hələ ki tam formalaşmayıb və bu prosess davam edir. Tremorun səbəbi körpənin hərəkətlərə kontrol edən sinir mərkəzlərinin tam yetişməməsidir. İstənilən gıcıqlandırıcı - paltarın dəyişilməsi, çimizdirmə, qarnında köp və ağrılar, aclıq, hətta adi toxunuş, parlaq işıq, güclü səs, temperaturun dəyişilməsi (məsələn, isti otaqdan çölə çıxartdıqda və s.) uşaqda tremora səbəb ola bilər. Bundan qorxmaq lazım deyil. Tremor əksər tam sağlam uşaqlarda müşahidə olunur və daha sonra izsiz olaraq keçir.
Adətən 3 ayına kimi fizioloji tremor tədricən yox olur. Vaxtından tez doğulmuş uşaqlarda tremor daha gec yox ola bilər. Bu da normal sayılır.
Valideynlər uşağın hələ ki tam yetişməmiş sinir sistemini güclü qıcıqlandırıcıların təsirindən mümkün qədər qorumalıdır, uşaq üçün sakit və komfortlu şərait yaratmalıdırlar. Massaj, sakitləşdirici otların dəmləmələri ilə (nanə, melissa, çobanyastığı, pişikotu kökü) vannalar uşaqları çox yaxşı sakitləşdirir.
Beləliklə, 3 ayına kimi bir neçə saniyə ərzində davam edən tremor fizioloji sayılır və heç bir xüsusi müayinə və müalicə tələb etmir. Lakin bəzi hallarda tremor patoloji kimi qiymətləndirilə bilər və bu hallarda valideynlər mütləq həkimə müraciət etməlidir:
- çənə və əllərlə bərabər uşağın baş əzələləri əsir
- tremor uşaq tam sakit vəziyyətdə və heç bir qıcıqlandırıcı olmadıqda baş verir
- tremor zamanı dəri göyərir və üzərində tər çıxır
- tremor çox güclüdür
- tremor 30 saniyədən artıq çəkir
- tremor uşağın 3 ayından sonra qalıb

loading...
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 595
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Muradli Aytan
menim 2 ovladimda olub 3 ayina kimi sonra getdi wukur allaha
3 iyun 2016 23:54
6
Offline
ulduz
uşaqla bağlı hər şeyi oxuyuram lazım olur hər valideynə bu xəbəridə görüb hazırlamaq istədim
3 iyun 2016 23:44
5
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Miss_Oxatan
Yaxwi ki oxudum bilgim oldu.demek ki 3aydan sonra kecmirse pataloji ola biler.tewekkurler xebere gore.diqqeti olacam onda)
3 iyun 2016 15:46
4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
vipbetul
maraqli melumat oldu
3 iyun 2016 15:02
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fi-Ra
Qızım da var idi. O da normal. Güldürüb eliyəndə olurdu. İndi çox çükür keçib təşəkkürlər
3 iyun 2016 14:40
2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Barbaris
oglumda olurdu azca melumatim varidi
3 iyun 2016 14:32
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv