Körpələrdə qulaq ağrıları: Otit

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 407
Səs ver:
(səs: 1)
Otit kimi xəstəliklərdən məhz uşaqların əziyyət çəkməsi onların orqanizmlərindəki anatomik xüsusiyyətlərlə bağlıdır. Orta qulağın infeksiyalarını həkimlər çox zaman balacaların mübtəla olduqları soyuqdəymələr və onların fəsadları ilə əlaqələndirirlər.

Balacalarda otit
Balacaların eşitmə orqanları böyüklərə nisbətən daha zərifdir. Onun orta hissəsində qulaq pərdəsi və eşitmə sümüklərindən başqa, eşitmə borusu da vardır: bu, qulağı burun-udlaqla birləşdirir. Böyüklərə nisbətən, uşaqlarda bu daha qısa və enlidir, buna görə də infeksiyalar (irin və ya selik) burun-udlaqdan qulağa daha tez düşür. Boru da öz növbəsində seliklə dolur ki, bu da qulaq nahiyəsində təzyiqin dəyişməsinə gətirib çıxarır.

Həyatının ilk ilində balaca, əsasən, üfüqi vəziyyətdə olarkən otit nəinki infeksiyalar doğurur, hətta sıyıq və döş südünün burun-udlaqdan orta qulağa düşməsinə də səbəb olur.

2 yaşından 5 yaşına kimi otitin səbəbləri
Yaş artdıqca qulağın quruluşu dəyişir və onda iltihablar başqa səbəblərdən yaranır. Məsələn, 1-2 yaşından uşaqlarda adenoidlər artmağa başlayır. 3-5 yaşlarında bunlar maksimal ölçüyə çatır və infeksiyaya cavab olaraq iltihablaşır, böyüyür və hətta eşitmə borusunu örtə bilər. Otiti doğuran səbəblər arasında aşağıdakılar ola bilər:

təbii immunitetin çatışmazlığı;

allergiyalara meyillilik;

süni qidalandırma;

ağ ciyər-bronx sisteminin patologiyası

OTİTİN ƏLAMƏTLƏRİ
Çox zaman otitin diaqnostikası südəmər uşaqlarda çətin olur, halbuki 2-3 yaşlı uşaq artıq onu naraht edən qulağını göstərə bilir. Südəmər uşaqda bunun əlamətlərini başa düşmək üçün müşahidə bacarığı və intuisiya lazımdır. Çox zaman uşağın qulağı qəflətən və axşam ağrımağa başlayır. Əgər ac uşaq döş əmdiyi yerdə qəflətən ağlamağa başlayırsa, başını o tərəf-bu tərəfə fırladırsa, döşü əmmək istəmirsə, ana narahat olmalıdır. Bunun bir izahatı var: sorma hərəkətləri uşağın qulağında ağrını artırır.

Elə vaxt olur ki, gecə uşağın temperaturu qalxır (adətən, 38°-40°S-dən yuxarı). O, aramsız ağlayır, başını hərləyir. Bu o deməkdir ki, uşağın qulağı, həqiqətən, ağrıyır. Təcili həkim çağırın!

SÜDƏMƏR UŞAQLARDA OTİTİN MÜALİCƏSİ
Otitin daha çox təsadüf edilən formaları var: kataral iltihab – bu zaman ifrazat olmur və iltihablı – bu zaman uşağın qulağından ifrazat süzülür. Hər ikisinin əlaməti soyuqdəymə ola bilər.

Temperatur (südəmər uşaqlarda bu o qədər də vacib deyil);

Tez-tez nəfəsalma – bu zaman uşaq ağzı ilə nəfəs alır.

Çox güman ki, xəstəliyin səbəbi burun-udlağın selikli qişasının iltihabı ilə əlaqədardır. Elə qulaqcıqda ağrını doğuran da budur. İndi sizin məqsədiniz imkan qədər tezliklə burunun açılmasına nail olmaqdır. İlk günlərdə infeksiyanın artmasının qarşısını almaq üçün interferon preparatları yaxşıdır. Bu dövrdə uşağı küçəyə gəzintiyə çıxarmayın və çimizdirməyin.

Səhər ilıq suda isladılmış dəsmalla körpənin tərləyə bilən hissələrini - alnını və boynunu silin, əl-üzünü yuyun. Burnunu ehtiyatla döş südündə isladılmış pambıqdan hazırlanmış çöplə təmizləyin və dərman damızın – dərman soyuq olmamalıdır. Yatmamışdan əvvəl körpəni qucağınızda dik tutun ki, selik burundan qulağına axmasın.

Uzun müddət dərmandan istifadə etmək ziyandır və adətən, müalicə beş gündən sonra bitir. Yalnız həkim yazdığı dərmanlarla müalicə edin və uşağın bunlara reaksiyasına fikir verin. Yadınızda saxlayın ki, irinli otit zamanı qulaq pərdəsində dəlik yaranır və irin kənara çıxır. Bu zaman spirtli məhluldan istifadə etməklə uşağa ağrı verəcək və qulaq pərdəsinin sağalmasını ləngidəcəksiniz ki, bu da xroniki otitlə nəticələnə bilər. Buna yol verməməyə çalışın. Əgər siz uşağı döşünüzdən əmizdirirsinizsə, o daha tez sağalacaq.

İrinli otit zamanı. İrinli orta otit daha çox məhz uşağın 6 aylığına kimi olur. Əgər uşaqda irinli otit baş vermişdirsə, qulaq keçidini pambıq tamponla qapamayın – ifrazat qulaqda toplanmamalı, kənara çıxmalıdır!

Kataral otit zamanı. Körpəyə həkimin yazdığı və ilıqlaşdırılmış qulaq damcıları kömək edə bilər; adətən, bunları gündə 4 dəfə damızdırmaq tövsiyə olunur. Əgər evə bu damcılardan yoxdursa, 2-3 damcı araq damızdırın. Bundan sonra eşitmə yoluna balaca pambıq qoyun. Kompres də etmək olar.

Kompreslər
Quru qızdırıcı kompres. Böyük pambıq topası götürün ağrıyın qulağı onunla bütövlüklə örtün, üstündən başa tam yapışan papaq qoyun, ya da yaylıqla bağlayın.

Qızdırıcı nəm kompres 2-3 saatlığa ya da bütün gecə boyu qoyulur. Araq və ya spirtdən olan kompresi temperatur 37.5°S-dən çox olmadıqda qoymaq olar. Yanığa səbəb olmamaq üçün (körpələrin dərisi çox zərif olur) kompresi bilavasitə qulaq seyvanına qoymayın. Bir neçə qatlı kətan parça və ya tənzifdə qulaq ölçüsündə kəsik açın. İlıq mayedə isladılmış parçanı qulağın ətrafında elə yerləşdirin ki, parça qulaq ətrafındakı hissəni örtsün. Parçanın üstündən bir qədər bundan böyük ölçüdə üzərində eynilə belə kəsiyi olan mum sürtülmüş kağız qoyun, qalın pambıq qatını bintləyin və üstündən papaq qoyun ki, bərk otursun. Ağrı keçdikdən sonra da gecələr kompres edin.

Damcını necə damızdırmalı?
Prosedurdan əvvəl qulağı ifrazatdan təmizləmək lazımdır. Damcını bədən temperaturuna qədər qızdırın, əks halda soyuq maye uşağı daha da çox narahat edə bilər. Bunun üçün dərman şüşəsini (və ya damcıtökəni) ilıq suya qoyun. Uşağı ağrıyan qulağı yuxarı olmaqla böyürü üstünə uzandırın. Bir əlinizlə qulaq seyvanını geriyə və yuxarı çəkin ki, eşitmə keçidini düzləşdirəsiniz və dərmanı damızdırın. Eşitmə keçidini təmiz pambıqla qapayın və tamponun ucunu bayırda qoyun. Qoyun uşaq bir neçə dəqiqə belə vəziyyətdə uzansın. Sonra digər qulağına damızdırın.

TƏMİZ VƏ İSTİDƏ
Otitin istənilən formasında, hətta zökəm olmaqda belə, körpənin burnuna damarları daraldan burun damcısı damızdırmaq lazımdır (gündə 3-4 dəfə). Əks halda infeksiya ikinci qulağa keçə bilər. Sprey formalı preparatlardan istifadə etmək daha yaxşıdır, çünki belə dərmanlar burunda yayılaraq yalnız onun selikli qişasına təsir göstərir, halbuki damcılar burundan ağıza tökülür, oradan da mədəyə düşür. Yaxşı olar ki, aerozolu uşağın burnuna bir dəfə səpəsiniz, bir neçə dəqiqə gözləyərək burnunu yaxşıca təmizləyəsiniz və bundan sonra proseduru təkrarlayasınız. Qulağı irindən 3%-li hidrogen peroksidlə təmizləmək lazımdır. Qətiyyən kibrit çöpü və ya digər iti əşyalardan istifadə etmək olmaz, çünki bunlarla qulaq pərdəsini və ya zərif eşitmə keçidini zədələmək olar. Bunu necə etməli? Pambıqdan bir neçə dənə kiçik bərk burma düzəldin və bunu ehtiyatla fırlatmaqla QULAQ keçidinə yeridin, bunu QULAQ irindən təmizlənənə kimi təkrarlayın.

Əgər yalnız bir QULAQ ağrıyırsa, uşağı yatızdıranda bu qulağı üstündə uzandırın ki, qulaqda ifrazat yığılıb qalmasın. Üfüqi vəziyyətdə ağrı artır, buna görə də yastığı 30-45° altında qaldırın. Profilaktika məqsədi ilə xəstəlikdən sonra uşağın burnuna gündə bir neçə dəfə ana südü damızdırın.

Otit olduqda həkimə getməyi gecikdirməyin! Tam müalicə olunmamış otit xroniki forma ala bilər və bu halda onun müalicəsi çətinləşə bilər. Antibiotiklər yalnız müvəqqəti olaraq prosesi dayandırır və çox keçmədən daha sürətlə davam etməyə başlayır. Aktiv həyat tərzi, sağlamlığı möhkəmləndirmək və xüsusi diyet ilə kompleks müalicə mütləq kömək edəcək.

PROFİLAKTİKA QAYDALARI
uşağı döşdən mümkün qədər çox əmizdirin

əmizdirərkən uşağı mümkün qədər şaquli vəziyyətə yaxın saxlayın

körpəni çimdirərkən başına rezin papaq qoyun. Vannada olarkən çalışın ki, qulağına su getməsin və əgər bu, baş vermişdirsə, nəmliyi mütləq qurutmaq lazımdır.

həkimlə birlikdə səmərəli sağlamlaşdırıcı proqram tərtib edin. Bu, orqanizmin xəstəliklərə, o cümlədən otitə qarşı müqavimətini artırır.

antibiotiklərdən nəzarətsiz istifadə etməyin. Bunları mütləq həkimin təyinatı ilə verin.

uşağa ağız boşluğunu təmizləməyi öyrədin: burnunun bir deşiyini tutsun və ağzını açsın. Seliki udmaq vərdişini tərgitdirin.

qulaqları həftədə 1 dəfədən artıq təmizləməyin (ancaq bundan da az olmasın). Sağlam qulaqda özünü təmizləmə prosesi gedir, normal miqdarda kükürd isə bakterisid təsirə malikdir. Ancaq qulaqları ağrıyanlar onları əlavə olaraq qıcıqlandırmamalıdırlar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri