Körpənizdə doğuşdan omba çıxığı ola bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 599
Səs ver:
(səs: 1)
ATA VƏ ANALAR DİQQƏT!
Yeni doğulan körpələr mütləq omba nahiyəsindən ultrasəs müayinəsindən keçməlidirlər. Şübhəli bir hal ilə qarşılaşılarsa ortopediya mütəxəssisinə müraciət edilməlidir. Unutmamalıyıq ki, erkən aşkar edilən omba çıxığı cərrahi müdaxilə olmadan da müalicə olunan xəstəlikdir.

Omba çıxığının erkən aşkar olunması çox önəmlidir. Yeni doğulan körpə doğumdan sonra ilk 4 – 6 həftə ərzində mütləq ultrasəs müayinəsindən keçməlidir.

Bud sümüyünün yuvanın içərisində düzgün şəkildə yerləşmədiyi hal omba çıxığı adlanır. Omba çıxığı ana bətnində, doğum sırasında, doğumdan sonra meydana gələ bilər.

Uşaqlarda üç növ omba çıxığına rast gəlinir. 

Ən sıx görünən asetebulerdisplazı, yəni çıxığa meyilli ombadır. Bu tip omba çıxığında bud sümüyü lazım olan yuvada ancaq asetabulum xaricinə çıxmağa meyillidir.
İkinci növ omba çıxığı sublikse ombadır. Burada bud sümüyü yuvasındadır, ancaq yarım olaraq yerindən çıxmışdır.
Ən son və müalicəsi çətin olan növ disloke ombadır. Bu növdə bud sü-müyü yuvanın tamamən xaricindədir.
Qız uşaqlarında daha çox təsadüf edilir.
İrəli səviyyəli omba çıxığının görün-mə sıxlığı mində bir ilə mində dörd arasındadır. Omba çıxığı oğlanlara nisbətən qızlarda daha çox, müşa-hidə olunur. Omba çıxığı tək bir səbəbdən olmaz, ancaq bunun üçün bir neçə risq faktoru mövcuddur. Bu faktorların ən önəmlilərindən biri ailədə omba çıxığı olan şəxsin olması, ikinci ən önəmli risq faktoru isə bələmək qaydasıdır. Xüsusi ilə çıxığa meyilli ombalar səhv bələmə-lər nəticəsində tam çıxıq halına gələ bilər. Digər önəmli risq faktorlarından bəziləri isə ilk hamiləlik, oligohidramnioz və əkiz hamiləlikdir.

Xəstəliyin vaxtında aşkar olunması çox önəmlidir.
Omba çıxığını erkən aydınlaşdırmaq, xəstəliyin müalicəsində çox önəmli bir yer tutur. Bütün bunlara görə doğumdan sonra ilk 4 ilə 6 həftə ərzində körpə ultrasəs müayi-nəsi olmalıdır. Bəzən müəyyən problemlər ilə əlaqədar yeni doğulan körpələri ultrasəs müayinəsin-dən keçirmək mümkün olmur. Buna görə də klinik müayinədə pozitiv bir hal aşkar olunduqda, xüsusi ilə risk faktorlarından bir və ya bir neçəsini daşıyan bütün körpələr müayinə olunmalıdır. Şübhəli görünənlər müt-ləq ortopedik müayinədən keçməlidir. Lazım gələrsə müəyyən aralıqlarla ortopedin müayinəsinə çağrılmalıdır.

Xəstəliyin müalicəsi.
İrəli səviyyəli omba çıxığı xəstəliyin-də diaqnoz nə qədər tez qoyularsa, müalicəyə bir o qədər tez başlanar, müalicə də bir o qədər effektli ola bilər. 4 – 6 ay arasında omba çıxığı aşkar edilən körpələrdə ən çox “pavlik bandajı”ndan istifadə olunur. Bandaj körpənin bəri hərəkətlərinə müəyyən ölçüdə qadağalar qoyur. Müalicədə ailənin uyğun olması, körpənin müəyyən fasilələrlə həkim nəzarətində olması vacibdir. Buna görə də körpəsinə omba çıxığı diaqnozu qoyulan ailələrin maarif-ləndiriməsi vacibdir. 6 aydan sonra diaqnoz qoyulan körpələrdə aneste-ziya altında qapalı reduksiya (omba yerləşdirilməsi) və reduksiyanın da-vamı üçün gips tətbiq edilməlidir. Bu yaş qrupunda cərrahi əməliyyat ancaq çıxıq yerinə düşməzsə həyata keçirilir. 12-18 ay arası körpələrdə yumşaq toxumaları əməliyyat et-mək üçün açıq omba yerləşdirilməsi əməliyyatı aparılır. 18 aydan böyük olan uşaqlarda yumşaq toxuma əməliyyatları isə açıq reduksiya üsuluna əlavə olaraq çatı və sümük düzəltmə əməliyyatları müalicənin bir parçası olaraq gündəmə gəlir. 3 yaşından böyük xəstələrdə müali-cənin nəticəsi xüsusilə daha zəifdir. Buna görə də xəstəliyin 3 yaşından əvvəl müəyyən olunması çox vacibdir. 10 yaşdan yuxarı xəstələrdə xüsusi ilə ombanı qurtarma cəhdləri edilə bilər.
Son olaraq bilmək lazımdır ki, omba çıxığı xəstəliyi çox sıx görünən bir xəstəlikdir. Bu səbəbdən də yeni doğulan körpələrdə mütləq omba ultrasəs müayinəsi etmək lazımdır. Şübhəli olduğu hallarda mütləq ortoped müayinə etməlidir. Unutmamaq lazımdır ki, erkən qoyulan diaqnoz cərrahi əməliyyatsız omba çıxığı müalicəsi deməkdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri