Uşağınız diş həkimindən qorxursa

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 268
Səs ver:
(səs: 1)
Diş problemləri və diş müalicə müddəti hər yaş qrupundakı insana təsir edə bilir. Xüsusilə uşaqlar, müalicə əsnasında acı çəkməkdən və əməliyyat əsnasında istifadə edilən cihaz səslərindən narahatlıq yaşaya bilir. Bu da ümumiyyətlə diş müalicələrinin təxirə salınmasına səbəb ola bilir. Ancaq son dövrdə diş çürükləri və diş ağrıları kimi narahatlıqları müalicə etmədə istifadə edilən lazer üsulları, uşaqlar başda olmaq üzrə insanlarda qorxu hissini azaldır. Dental lazerlər ilə edilən diş müalicələri uşaqlarda ağrılı bir əməliyyatdan çox əyləncəli bir tətbiq təəssüratı buraxa bilir.

Anestezisiz müalicə imkanı
Dental lazerlər ilə edilə bilən müalicələrin başında diş çürükləri gəlir. Xəstələr, bu müalicə əsnasında, ənənəvi tətbiqlərdəki kimi bir ağrı, təzyiq və titrəşmə hiss etmir. Lazer müalicəsi daha çox anestezi olmadan tamamlana bilir.

Daha sürətli yaxşılaşma müddəti
İnkişafını tamamlayamayan dişlərin, diş əti qisimi qaldırılaraq ağızda daha rahat çıxmasına imkan verilir. Dodaq və dil bağlarının (əzələ ataçmanları) sərbəstləşdirilməsi kimi diş ətini əhatə edən əməliyyatlar da, dental lazerlər ilə reallaşdırıla bilir. Ayrıca, müalicə yaralarının yaxşılaşma müddəti də ənənəvi üsullara görə çox daha sürətli və ağrısız keçirilir. Dental lazerlər, ümumiyyətlə 2-yə ayrılır. Bunlardan biri yalnız yumşaq toxumada, digəri isə, diş sərt toxumalarında əməliyyat edə bilən yəni çürük toxumanı təmizləyə bilən lazerlərdir.

Dental lazer təhsili alan həkimlər seçilməli

Diş həkimliyi sahəsi içində, dental lazer sahəsində bir mütəxəssislik vahidi olmamaqla birlikdə bu mövzuda verilən kurslarda təhsil almış həkimlər var. Dental lazer müalicəsi etdirərkən, mütləq bu sahədə təhsil almış həkimləri seçmək lazımdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri